Əsl qatil kimdir...
10/10
·256 syf.··
Beğendi
·
2023 28. kitabı
·
3 günde okudu
·
Okunma: 16 Nisan 2023 16:52
Kitab Aqata Kristinin ilk oxuduğum kitabı idi. Uzun zamandır Aqata Kristi kitablarını oxumaq istəyirdim və nəhayət bu imkanı tapdım. Kitabın mövzusu ən sevdiyim mövzulardan olduğu üçün böyük bir maraqla oxudum. Bütün əsər boyu qatilin kim olduğunu təxmin etməyə çalışdım amma Puaro hər dəfəsində Buk və doktor Konstantin kimi mənimdə bütün fikirlərimi alt-üst etməyə nail olurdu. Açıq etiraf etsəm kitabın əvvəli biraz sıxıcı gəlmədi deyil,amma oxuduqca insanı öz içinə çəkməyi bacarır. Hələ ki sonluğu... hələ də təsirindən çıxmış deyiləm.Hadisələrin belə bitməsini heç gözləmirdim açıqcası.Əsərin niyə bu qədər sevilməsini indi daha yaxşı düşürəm..Sonda oxucunu belə bir sual düşündürür : Əsl qatil kimdir? Əli neçə günahsızın qanına bulaşmış, lakin qanun qarşısında heç bir cəza almamış bir günahkar, yoxsa bir günahkarın cəzasını özü kəsən insan...
İnceleme
Şərq Ekspresində QətlAgatha Christie · Qanun Nəşriyyatı · 202036bin okunma
·
149 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.