Sevgisiz böyüyən gəncliyimiz..
10/10
·71 syf.··
2023 12. kitabı
·
19 saatte okudu
·
Okunma: 17 Nisan 2023 18:03
Deməli belə.... Qısa bir saata oxuyub bitirə biləcəyiniz bir kitabla gəldim. Hadisələr çox surətlə cərəyan etdi. Belə olmasa daha əla olardı. Ama kitab ağlatdı məni.... Siz deyən duyğusal kitab deyil haa!!! Amma niyə ağladığımı gənclər ən əsasda qızlar başa düşər. Cəmiyyətin ən böyük problemi valideyn övlad münasibəti. Bəzən valideynlər elə bilir ki övladı sıxmaqla onu qoruya bilərlər. Amma təəssüf ki övladı nə qədər sıxsan onu bir o qədər cəmiyyət içində gücsüzləşdirmiş olursan. Valideynlə uşaq arasında ki ən böyük problemdə sevgi aclığıdır. Ailəmiz gündə neçə dəfə qucalayır bizi? Neçə dəfə qayğı göstərir? Gəlin düzünü deyək 99 faizimizin illərdir ana atası qucaqlamayıb. Qayğı görməmişik. Əsasda atalar sərt,zəhimli olur. Dərtlərimizi hansımız ailəmizlə bölə bilirik? 99% öz içimizdə mübarizə aparıb özümüz üstəsindən gəlməyə çalışırıq. Sevgi aclığı, valideynin sıxma-boğması və s. özgüvənsiz olmağımıza səbəb olur. Dərtlərimizi danışa bilmir özümüz həll etməyə çalışırıq. Və bəzən çıxış yolu tapmırıq. Daha sonra nə olur.... Ata ana deyir ki niyə bizə demədin axı biz sənin ailənik arxanda durardıq kömək edərdik Peşman olurlar... kitabda elə tamda bu mövzu gedir. Ailəsinin ucbatından bədbəxt olan bir gənc.... Sonları oxuduqca gözyaşımı saxlaya bilmədim... Əziz valideynlər övladlarınızın vaxtında yanında olun. Sonra gec olur.... Heç bir kitab qüsursuz deyildir. Qüsurlarıyla sevin kitabları. Kitabla qalın! Salamat qalın!
Aile - Evlilik
QasırğaTheodore Dreiser · Qanun Neşriyyat · 2018200 okunma
·
173 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.