Gönderi

304 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Leyla
Bosniyalı bir qızın ürəkparçalayan və tükürpədici gerçək həyat hekayəsi... On altı yaşlı Leyla öz yaşıdları gənc qızlar kimi nağılar aləmində gözəl xəyallar qurur və bu şirin xəyalların real olacağı günün eşqi ilə alışıb yanırdı. Leyla həmçinin ağıllı və savadlı qız idi təhsilini davam etmək üçün yaşadığı şəhərdən nənəsi gilin yanına köçür elə həmin tarixlərdə Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir.... Bizim filmlərdə baxıb real ola bilməz dediyimiz ağlasığmaz dərəcədə dəhşətli hadisələrin içinə düşür və insanlıq tarixinin ən qəddar əsir düşərgəsində 2 ilə yaxın qalır... Əsərdə hadisələri bizə Leyla danışır oxuyarkən düşünmək belə istəmir insan. Leyla 10 minlərlə qadının nümunəsi idi o əsir düşərgələrində saxlanılan qadınların ən ürəklisi idi bəlkədə .. Kitabı oxuyanda bir anlıq bu hadisələrin həqiqət olmamasını arzu etmişliyim də var... Həmçinin hadisələr Qarabağ müharibəsi ilə o qədər yaxında səslənirdi ki , damarlarımda axan o qan intiqam üçün alışıb yanırdı. Şükür ki, biz qisasımızı almışıq "EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA" eldə çox can alıcı alıntılarım yoxdu hələdə hadisələrin şokundayam həmdə real olan hədislərin SOS Yetkinlik yaşına çatmamış şəxslərə , pisxoliji baxımdan həssas olan insanlara kitabı oxumaq məsləhət görülmür.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177.5k okunma
·
285 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.