Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nədir bu? Sərbəst yaranan insanın boğazına daş basılır, deyən dili kəsilir, gözünə qara pərdələr asılır. Düşünən beyninə zindan kimi çəkiclə döyürlər. Deyəsən bizə məlum olmayan daşlıqlara tullayan kimi, insanı, zəhmət adamlarını da ana qucağından qovur bu zalımların qabağına qatırlar. Yazıq zəhmətkeş, sənin zəbt olunmayan, zorlanmayan nəyin qalmışdır! Axırda öz əcəlinlə ölmək səadətini də itirdin! Qulluğunda dəstəfərman durduğun ağalar səni hər gün məhrumiyyət, əzab içində işlədir, hər gün məhv etməyə çalışırlar. Bu gördüyün şəhərlər, keçdiyin küçələr, ayaqladığın torpaq sənə bir həqiqəti pıçıldayır: "Qorun!" Qorunmaq mümkündürmü? Yox, mollalar deyir, insanın çiynində məlaiklər oturmuşdur. Bu yalan deyil, yanlışdır. Çiynimizdə mələk yox, casuslar, cəlladlar oturmuşdur. Onlar bizi məhv etməyə fürsət axtarırlar. Budur, yazığı boğazlayırlar. Bu azğınlar, qatillər insanı nə bəlalara mübtəla etməmişlər?
Sayfa 197Kitabı okudu
·
256 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.