Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
10/10 puan verdi
·
3 günde okudu
Uzun bir zamandı oxumaq istəyib,amma oxuya bilmədiyim bu kitabı nəhayyət oxumaq üçün fürsət tapdım. Doğrusu,yaxın ətrafımın ağız dolu övdüyü bir kitabıda oxumaq üçün çox səbirsizlənirdim. Kitaba yeni başladığımda sıxılacağımı düşünsəmdə oxuduqca kitabın əslində dərin bir mənaya sahib olduğunu gördüm. Və bu tip içində dərin məna daşıyan kitabları oxumaq mənim üçün çox mükəmməldir. Kitabda bəhs edir; "Malikanə" fermasının sahibi mister Cons heyvanların üsyanı ilə qarşı-qarşıya qalır. Və bu zaman heyvanlar qələbə qazanaraq Cons'u fermadan atmağa nail olurlar. Qələbə coşqusu ilə bundan sonraki günlərinin daha yaxşı keçəcəyini gözləsələrdə, fermaya ağalıq edən donuzlar bu gözləntilərini heçdə qarşılamır. Sözdə köləliyin,ölümün və çətinliyin yox olacağını vədd etsələrdə,qurduqları "Heyvanıstan" dövləti bütün heyvanların əziyyətlə çalışmasından və öldürülməsindən başqa bir şey etmir. Zamanla keçmişlərini unudan heyvanları boş vədlərlə aldadaraq heç birinə əməl etmir və hər gün biraz daha onlara iş yükləyərək bəzəndə ac saxlayırdılar. Üsyan edənləri isə amansızca öldürürdülər. Nə zaman biri qarşı dursa yazıq heyvanları Consun geri gəlməsi ilə hədələyir və onları özlərinə tabe olmağa vadar edirdilər. Sonda isə donuzlarda insanlar kimi geyimlərdə və iki ayaq üzərində gəzməyə başlayırlar. Hələ üstəlik insanlarla eyni masaya əyləşib onlarla içkidə içirdilər.. Kitabın son cümləsi isə bütün hər şeyi daha aydın göstərir;"Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara,sonra isə təkrar insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib təkrar-təkrar baxırdılar. Lakin artıq onları bir-birindən fərqləndirmək,kimin kim olduğunu ayırd etmək mümkün deyildi.
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247,4bin okunma
·
78 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.