Gönderi

63 syf.
7/10 puan verdi
·
Read in 5 days
Cəfər Cabbarlı " Gülzar"
Yazarımızın qələmə aldığı
Gülzar
Gülzar
əsəri ,oxucuları sonluğu ilə maraqda saxlayır .
Cafer Cabbarlı
Cafer Cabbarlı
hekayənin sonluğunu "Ağlayırdı, çünki başqa çarəsi yox idi" cümləsi ilə bitirməsinin səbəbi, bəlkə də hər oxucunun özünü Gülzarın yerinə qoyub ,o vəziyyətdən necə çıxa biləcəyini düşünməsini istəyib . "Gülzarın yerində mən olsaydım neyniyərdim ?" sualı adamı düşündürür. Başına gələn bədbəxt hadisəni heç kimə danışa bilməyən "Gülzar" obrazı,çarəsini yalnız Allaha və Qurana sığınmaqla tapır. "Həyatda heç bir şey səbəbsiz yerə olmur" ifadəsinə çox inanıram. Allah Təalanın (c.c) bizə yaşatdığı çətinliklərin və sıxıntıların hər zaman bir səbəbi var. Əsərdə, Gülzarın yoldaşı Mənsur ,belə bir cümlə işlədir "Mən özüm xalqa çox gülmüşəm, indi, Allaha şükür, bilirəm ki, sabah papağımı yanakı qoyub, kənd içinə çıxanda kimsə mənə gülməyəcək." Bundan belə nəticə çıxarmaq olar ki ,böyük-böyük danışmaqla iş düzəlmir, sabah başına nə gələcək bilə bilmərsən . Əsəri oxumağa dəyər ,qısa , axıcı və düşündürücü hekayədir. Xoş oxumalar.
Gülzar
GülzarCafer Cabbarlı · Azərbaycan Dövlət Nəşriyyatı · 196548 okunma
·
1 plus 1
·
69 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.