Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

110 syf.
9/10 puan verdi
·
5 günde okudu
Bu kitabı sevmək deyil, qəbul etmək lazımdır!
Lev Tolstoydan oxuduğum ilk kitab idi və peşman olmadım. Yazıçı İvan İliç obrazının həyat tərzi, işi, ağrı-acıları ilə cəmiyyətimizin bir sıra problemlərinə öz kəsərli qələmi ilə çox gözəl toxunur. Əsər İvan İliç adlı şəxsin ölüm xəbərinin xidmət göstərdiyi məhkəmə dairəsində yaratdığı dırnağarası səs-küy ilə başlayır. Dırnağarası kəliməsini nəyə görə işlətdiyimi kitabı oxuduğunuz zaman bariz görəcəksiniz. Daha sonra isə İvan İliçi ölümə sürükləyən həyat yolu ilə tanış oluruq. Ailə daxili sevgisizliyə , qadınına, Fyodorovna Qolovinaya və qızı Lizaya qarşı günü-gündən artan nifrətinə və oğluna qarşı olan kövrəkliyinə şahid oluruq. Nə yalan deyim, İvan İliçə mən də haqq qazandırdım. Hətta kitabı oxuyarkən ağlıma gələn, Fyodor Dostoyevskidən olan bir sitat gətirəcəyəm: Yaxşı kişilər yalnızlıqdan ölərkən, yaxşı qadınlar pis kişilərin eyvanından səmaya baxırlar. Bəli tam olaraq bu.... Kitab bizə az səhifəsi ilə çox şeyi öyrədir və öyrətdiyi şeylərə inanmağa hazır olmadığımız da çox barizdir. Min dəfə çalışsaq da, min dəfə vuruşsaq da, sonumuzun bir heç olması, həqiqətən də, çox acınacaqlıdır. Qazandığımız dostluqların belə bizim yoxluğumuzda mənfəətin köləsi olması hissi insanı nəfəs alarkən öldürəcək cinsdəndir. Əsər bir mövzunu çox yaxşı vurğulayır; Nə qədər xəstə oluruqsa olaq, bir çıxış yolu mütləq var, amma əgər ruhumuz xəstədirsə, onda yaşamağa ümid bəsləmək özü bir intihardır. Başının üstündəkilərdən kimsə: - Vəssalam, qurtardı! - dedi. O bu sözü eşidib içində təkrarladı: "Qurtardı ölüm... O daha yoxdur..." Sonra havanı ciyərlərinə çəkdi, nəfəsi yarıda kəsildi, dartınıb-gərildi və öldü. SON
İvan İliçin Ölümü
İvan İliçin ÖlümüLev Tolstoy · Parlaq İmzalar · 202245,5bin okunma
··
156 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.