Gönderi

Aqata Kristi-Ve Perde İndi
9/10
·232 syf.··
Beğendi
·
2023 28. kitabı
·
5 günde okudu
·
Okunma: 25 Nisan 2023 15:42
Bu kitab Aqata Kristi'nin oxuduğum ilk kitabı idi. Yazarın düşüncələri və düşüncələrini bu qədər səlis, axıcı bir şəkildə biz oxucuyulara ötürməsi çox xoş idi. Öncəliklə əgər oxumaq fikriniz varsa qətiyyən Azərbaycanca oxumayın. Oxuduğum kitabları çalışıram ki hər zaman öz dilimizdə oxuyum. Bu kitabında Azərbaycan dilinə tərcümə olunmuş formasını oxumaq fikrim var idi ta ki, Nəimi nin bu kitqb haqqında incələməsini oxuyana qədər. Doğurdan da tərcümələr arasında dağlar qədər fərq var. Bu kitabı türkcə oxuyub bitirdikdən sonra öz dilimdə tərcüməsinə "ötəri göz gəzdirdikdən sonra bu qərara gəldim. Təbii ki belə "tərcümə"lərin olması üzücü bir haldır. Kitab haqqında fikirlərimə gəldikdə isə, kitab doğurdan da çox gözəl qələmə alınıb. Mənim kimi dedektiv sevənlər mütləq oxusun. "Ve perde indi" həmçinin Hercule Poirot qəhramanı öldüyü üçün onun son kitabıdır.(( Poirot'un olduğu son kitab olduğunu biləndə çox üzüldüm, amma mütləq ki, Aqata Kristi kitablarını oxuyacam. Hətta Aqata Kristi haqqında da qəribə məlumatlar var)) Araşdırsanız məncə sizdə də maraq doğuracaq. İncələməmi burada sonlandırıram. Kitabı hələ də israrla Azərbaycan dilində oxumaq istəyirsinizsə Nəimi nin kitab haqqında ki incələməsinə mütləq gözatın :))
Pərdə: Puaronun Son İşiAgatha Christie · Qanun Nəşriyyatı · 20222,297 okunma
··
279 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Köməyim dəydisə nə xoş mənə) minnətdaram, çox sağolun🙏🙏
Xanım İsmayılova
Gönderi Sahibi
təbii ki, çox sağ olun. mən minnətdaram😊