Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

416 syf.
6/10 puan verdi
·
6 günde okudu
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edir.
Qabriel Markuez sevərək oxuduğum, fərqli üslubuna heyran olduğum yazıçıdır. "Vəba günlərində eşq" yazıçının yaradıcılığından oxuduğum 6-cı kitabı oldu. Amma tərcümədənmi, ya kitabın mövzusundanmı qaynaqlıdır bilmirəm, çox həvəslə oxumağa başladığım kitabı zövq almadan, çətinliklə oxuyub bitirdim. Kaş türkcə tərcüməsini oxumuş olsaydım deyə düşünürəm. Kitabın mövzusuna gəldikdə, roman gənc teleqrafçı Florentino Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbətindən bəhs edir. Florentino Arisa öz eşqinə çatmaq üçün 51 il, 9 ay, 4 gün - bir ömür boyu gözləyən aşiq obrazıdır. (Niyə bu qədər gözləyir? Çünki Fermina Dasa onu rədd edib, başqa biri ilə evlənmişdi.) Kitab haqqında fikirləri araşdırdığımda bir yazıda Florentino Arisanı "Kolumbiyanın Məcnunu" adlandırdıqlarını oxudum. Məncə, yanlış bir bənzətmə olardı bu. Florentino Arisa hər nə qədər Fermina Dasaya ülvi bir eşqlə bağlanmış olsa da, Məcnunun Leyliyə olan saf, pak, ilahi eşqi ilə eyniləşdirmək düzgün deyil bu eşqi. Fermina Dasaya qovuşmaq üçün əlli ildən çox gözləyir Florentino Arisa. Amma keçən bu qədər ildə ona olan eşqinə sadiq qalırmı? - Xeyr: "Onun altı yüz iyirmi iki uzun müddətli eşq əlaqəsinin qeyd edildiyi iyirmi beş dəftər var idi. Ötəri, xatırlanmağa belə dəyməyən saysız-hesabsız ani sevgi macəraları hesaba alınmadan..." Çoxu Florentino Arisanı fədakar, sadiq bir aşiq hesab etsə də, məndə daha çox şəhvət düşkünü, xoş olmayan bir obraz təsiri buraxdı. Nə qədər Fermina Dasaya olan eşqini ilahiləşdirmiş, eşqi yolunda çəkdiyi cəfaları belə sevmiş olsa da. Əsər hər şeyə rəğmən 51 il, 9 ay, 4 gün sonra Florentino Arisanın Fermina Dasaya qovuşması və onların "vəba bayrağı" asılmış gəmi ilə ömürlük səfərə çıxmaları ilə, yəni xoşbəxt sonluqla bitir. Bəlkə digər oxuculara görə bu çox gözəl bir son idi, amma mənim fikrimcə, o eşqin saf, əlçatmaz, ilahi bir eşq olaraq qalması daha gözəl olardı. (Hərgah o saflığı Florentino Arisadan gözləmək də doğru deyil:) Biri 72, digəri 76 yaşında ikən yenidən qovuşub, heç nə olmamış kimi eşq yaşamaları xoş bir son deyildi mənə görə. Sonu belə olmamalı idi:'D
Vəba Günlərində Eşq
Vəba Günlərində EşqGabriel Garcia Marquez · Qanun Nəşriyyatı · 20208,9bin okunma
·
304 görüntüleme
Kamran İsazade okurunun profil resmi
Çox gözəl təhlildir. Kaş, kitabı almazdan əvvəl oxuyardım :D
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.