·224 syf.··Beğendi
···Okunma: 27 Nisan 2023 16:13 Zənnimcə bəzi öz duyğularını idarə edə bilməyən gənclər oxusalar onlara gözəl örnək olar. Biri mən, öz hisslərimi duyğularımı anlayan biri olmadığımın fərqinə varmağıma kömək oldu. Travmalarla üzləşməkmi deyim, yeni travmamı yaratdı bilmirəm. Bir onu bilirəm ki, xəyanətin necə yara olduğunu yaradanın isə necə cəza verdiyinin şahidi oldum. İnsanda xəyanətə nifrət yaradacaq, mənfi reallıqları öz çılpaqlıqları ilə ifadə edəcək bir məzmuna sahibdir. Dili çox sadə, bədii ifadə vasitələri az idi. Kitabda bəzi hissələrdə mövzudan kənar islami, dini mövzular da açılır, hətta hicabla bağlı hissələr var. Düzü mövzuya uyğunluğunu anlamadım, amma yazıçı təxəyülünə nə isə deyə bilmərəm..