İsmayıl

İsmayıl
@ikhdyv·
·
sabitlendi
"Travma sadəcə yaşanmış pis hadisələr deyil ki, həmçinin gerçəkləşməmiş gözəl xəyallardır.”
Reklam
Sual verirlər ki, "Kişilər niyə ailə qurmaq istəmir?" Düzdü hələ gəncəm, əsgərəm 37 gün sonra tərxis olacam. Bu günə kimi mülki həyatımda bir neçə münasibətim olub. Sonuncu dəfə alınacağına inanmışdım, məni gözləsə onunla ailə quracağıma söz vermişdim, amma o bunu bacarmadı, mənim də artıq qadınlara inamım qalmayıb. Bu dəqiqə sosial mediada qadınlar o qədər fərqli şeylər görüb, beyinləri düşüncələri yuyulub ki, artıq çox rahatlıq istəyirlər. Hərşeyə tez nail olsunlar, çox pula sahib olsunlar. Öz atalarının çox gec yaşlarında əldə etdiyi şeyləri gənc bir oğlandan istəyirlər, eyni zamanda qarşılığında verəcəkləri çox da böyük şeylər yoxdur. Nə sədaqət, nə güvən, məgər evlillik yataqdan ibarətdir? Mən özünü sosial mediada reklam edən, seksi pozlar verib özünü imkanlı "papa uşaqlarına" göstərən, bu sistemin bir parçası olan qadınla necə ailə qurum? Mən də mənə sadiq olan, anam kimi heçnəyi olmadığı zaman atamın yanında olub, onunla birlikdə dırnağı ilə qazıyaraq qazanan qadın olsaydı evlənərdim. Bundan sonra bakirəlik bərpa edən həkimlərin komentində dolub daşan "qızları" görəndən sonra heç evlənəcəyimə də inanmıram..
Bu sözlərim yetməz səni yazıb bitirəm, Ay Baba sən gedəndən dərdi qəmdə itirəm. Həsrət qalmışam axı, o sözünə, söhbətinə, Sən getdin, nə etdiyimi heç özüm də bilmirəm. Bir vaxtlar sözünə qulaq asmayan nəvən, İndi yasında oturub, molla duasın dinlərəm. Bir ildir mən səni yuxuda görmək istərəm, Bircə dəfə görmək üçün söylə nələr vermərəm. 💔
Bilmirəm, bəlkə də bu axşam dəyişən yenə sadəcə rəqəmlər oldu. Bəlkə də tək dəyişən 5 dən 6 idi. Bilmirəm, tək bildiyim var, axı insan özünə təsəlli edir bununla. 2025 mənə çox da düşərli il olmadı, ailəmdən itirdim, doğmam getdi. Uşaqlığım ən gözəl xatirələri onunla bağlı olan babamı öz əlimlə torpağa verdim. Mən 2025 də bildim halvanın acı olduğunu, bəlkə də ona görə mən artıq halva yemirəm. Əslində 2025 mənə çox şey öyrətdi, sevginin də pula satıla bildiyini, çoxunun pul hərisi olub, səni pula sata biləcəyini. Əslində hərşeyin pul ilə alına biləcəyini öyrətdi bu il mənə, bir tək dünyasını dəyişdiyin doğmalarından başqa. Mənə bu il güvənməməyi, sevməməyi ən əsası daha olğun davranmağı öyrətdi. İtirdiyim çox şey oldu, qazandığım isə çox az sayda barmaqla sayılacaq bir neçə insan. Mən bu ildən də artıq nəsə gözləmirəm, çünki artıq nağıllardan mədəd umacaq və olmayacaq dualara amin deyəcək yaşı çoxdan keçdim. Tək təsəllim bu il ərzində, keçən ildən dərs aldığım üçün eyni səhvləri etməyəcəyimdir. Bu ildən də çox şey istəmirəm, tək diləyim sahib olduğum şeyləri almasın, gerisi önəmli deyil.Yeni il sizlərə düşərli olsun..

İsmayıl

, 2026 okuma hedefini ekledi.
Özünü toparla, hər yaşantı bir dərsdir..
2026 OKUMA HEDEFİ
1/30 kitap - %3 tamamlandı
1 kitap okudu
30 kitap
332 sayfa
0 inceleme
0 alıntı
7 günde 1 kitap okumalı.
Reklam