Çox bərbad tərcümədir. Laqqıltı, lıqqıltı, pıqqıltı və s. Yersiz sözlər çox idi, fikiri tamamlamayan sözlər də həmçinin. Əsər gözəl ola bilər, buna hər hansısa fikrim yoxdur, amma tərcümə sanki google translate dən kopyala yapışdır, üzərində düzəliş et, 1-2 yerə laqqıltı-lıqqıltı, arada da pıqqıltı özünü əlavə et. Naşir də çap edib satsın;)
Uzun zamandır kitab incələməsi yazmırdım. Kitab incələməsi yazmağı sevən birisi deyiləm, amma bu kitab haqqında incələmə yazmasam olmazdı. Əkrəm Əylislidən bu əsəri oxumağıma səbəb hadisələrə ön yarğılı davranmamağımdandır. Ön yarğılı davranmadan kitabın elektron variantını tapıb oxumağa başladım. Daş yuxular kitabının yazılma səbəbini hələ də anlamamışam. Kitab Azərbaycan xalq yazıçısı tərəfindən yazılıb və kitabda “humanist ideyalar adı altında” ermənipərəstlik öz əksini tapıb. Azərbaycanlıların və türk xalqının erməni soyqırımı etdiyi vurğulanır. Erməni əsilli bir aktyorun yaşadıqları və yaşantıları ətrafında öz Əylis Kəndində baş verən hadisələrin sintezi. Ay Əkrəm məgər humanizm, tolerantlıq və dostluq ermənipərəstliklə tərəzinin eyni gözündədir? Bu kitabı yazanda məgər Xocalı soyqırımındakı o körpələrin meyitləri yaşlıların işgəncəyə məruz qalmış halları sənin gözünün önünə gəlmədimi? Məgər sən necə bu illər boyunca bu Azərbaycanın çörəyini yeyib, bu milətin xalq yazıçısı olaraq bu millətə xəyanət etdin? Bir müsahibəndə ölmək isdəyirəm demişdin elə sənin kimi vicdansız insanlar ölsə yaxşıdır. Zaman itkisindən başqa birşey olmadı bu kitab mənim üçün. Kitab dediyim üçün digər yazarlardan üzr isdəyirəm, amma reallıqlar bəzən acı olur..
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
Kitab, məni acımasızca bütün əzalarımdan bıcaqladın, kaş səni oxumazdım. Saymaqla bitməyəcək kaşlarım oldu. Ölüm, acıyla yaşamağı gözə aldığmıza qovuşmadan, bizi öz ağuşuna alan ölüm..
Zənnimcə bəzi öz duyğularını idarə edə bilməyən gənclər oxusalar onlara gözəl örnək olar. Biri mən, öz hisslərimi duyğularımı anlayan biri olmadığımın fərqinə varmağıma kömək oldu. Travmalarla üzləşməkmi deyim, yeni travmamı yaratdı bilmirəm. Bir onu bilirəm ki, xəyanətin necə yara olduğunu yaradanın isə necə cəza verdiyinin şahidi oldum. İnsanda xəyanətə nifrət yaradacaq, mənfi reallıqları öz çılpaqlıqları ilə ifadə edəcək bir məzmuna sahibdir. Dili çox sadə, bədii ifadə vasitələri az idi. Kitabda bəzi hissələrdə mövzudan kənar islami, dini mövzular da açılır, hətta hicabla bağlı hissələr var. Düzü mövzuya uyğunluğunu anlamadım, amma yazıçı təxəyülünə nə isə deyə bilmərəm..
BuqələmunÜlviyyə Tahir · Parlaq İmzalar · 201554 okunma
Rəsulzadə kimi şəxsiyyətə qarşı bu qədər
etinadsız münasibəti yaraşdırmıram xalqıma.
Bir ölkədə, o ölkənin təməllərini atmış şəxsiyyətin adına bir dənə də olsun məktəb olmazmı? Bəs bu gənclik niyə etinadsız yanaşır tarixi irsimizə. Məgər onu yad etmək bu qədərmi çətin işdir? Axı niyə, iqtidarın köləsi olursunuz?
Elçibəy deyəndə müxalif damğası vurduğunuz kimi, Rəsulzadəyə qarşı kin aşılayırsınız. 100 il öncə vəfat etmiş Rəsulzadə kimi dahi şəxsiyyətə sevgi bəsləməyin nəyindədir qəbahət? Axı o olmasaydı, nə bu məmləkət olardı, nə bu diyar. Axı şəhidlərimizin tabutunun büründüyü o üç rəngli bayrağı belə Rəsulzadə öz əlləri ilə tikib. Heç o bayrağa xatirmi yad etməsiniz, ulu öndərimizi?