Rekviyem romanı

Daş Yuxular

Əkrəm Əylisli
Tahmini Okuma Süresi:
4 sa. 34 dk.
Sayfa Sayısı:
161
Basım Tarihi:
30 Ocak 2023
İlk Yayın Tarihi:
Kasım 2018
Yayınevi:
Aegitas
ISBN:
9780369408679
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

9/10
·161 syf.··
Beğendi
·
2025 26. kitabı
Təxminən 6-cı, ya 7-ci sinifdə oxuyurdum, daha dəqiqi 2013-cü il idi. Qonşumuz olan bir qız məktəbin kitabxanasından Əkrəm Əylislinin kitabını götürmüşdü oxumaq üçün. Ətrafdakı insanlar deyirdilər, a bala, neynirsən o "ermənipərəst"in kitabını? Bax, elə ilk dəfə onda eşitdim "Daş yuxular"ın adını. (İndi başa düşürəm ki, o vaxtlar, sırf o il o kitabın üzə çıxdığı, geniş yayıldığı, səs saldığı vaxtlar idi) Həmişə ağlımda qaldı bu yazıçının adı. Amma nədənsə "Daş yuxular"ı heç oxumadım o zamanlar, elə ondan sonralar da. Haqqında olan bütün yazıları, Əkrəm Əylislinin müsahibələrini oxudum, izlədim, amma kitabı oxumadım. Bəlkə də, hazır deyildim oxumağa. Amma dünən bilmirəm hardan ağlıma gəldi, dedim oxumalıyam bu əsəri. Və o "başıbəlalı" kitabı oxudum. Dedim görüm bu yazıq kişini niyə bu qədər sıxışdırıblar bu kitaba görə? Axı bu nə yazıb? Əsər Saday Sadıqlı adlı məşhur aktyorun şəhərin mərkəzində döyülməsinin ardınca xəstəxanaya çatdırılması səhnəsi ilə başlayır. Döyülməsinə səbəb eynilə özü kimi şəhərin mərkəzində döyülən bir ermənini həmin adamların əlindən almağa çalışması olub. Saday Sadıqlının həyatını xilas etməyə çalışan həkim çox səy göstərir. Bu zaman Saday Sadıqlı komaya düşür. Və əsərin adı da bir növ Saday Sadıqlının koma vəziyyətində ikən gördüyü yuxularla da bağlıdır. Bu yuxularla aktyor keçmişə qayıdır, öz uşaqlığını xatırlayır, xəyallarına, bəlkə də bəzən hər kəsdən gizlətdiyi düşüncələrinə bir-bir nəzər salır. Məsələ burasındadır ki, Saday Sadıqlı ermənilərlə azərbaycanlıların iç-içə yaşadığı Əylis kəndinin sakini olub. Əsərin hiddət doğurması da elə təxminən buralardan başlayır. Sanki yazıçı Saday Sadıqlının simasında erməniləri həddən artıq tərifləyirmiş, azərbaycanlıları isə bir növ pisləyirmiş kimi görünür. Amma bu sadəcə zahirdə belədir. Razıyam,
Edebiyat & Roman
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
1/10
·141 syf.··
2024 18. kitabı
·
16 günde okudu
·
Okunma: 09 Ağustos 2024 17:31
Uzun zamandır kitab incələməsi yazmırdım. Kitab incələməsi yazmağı sevən birisi deyiləm, amma bu kitab haqqında incələmə yazmasam olmazdı. Əkrəm Əylislidən bu əsəri oxumağıma səbəb hadisələrə ön yarğılı davranmamağımdandır. Ön yarğılı davranmadan kitabın elektron variantını tapıb oxumağa başladım. Daş yuxular kitabının yazılma səbəbini hələ də anlamamışam. Kitab Azərbaycan xalq yazıçısı tərəfindən yazılıb və kitabda “humanist ideyalar adı altında” ermənipərəstlik öz əksini tapıb. Azərbaycanlıların və türk xalqının erməni soyqırımı etdiyi vurğulanır. Erməni əsilli bir aktyorun yaşadıqları və yaşantıları ətrafında öz Əylis Kəndində baş verən hadisələrin sintezi. Ay Əkrəm məgər humanizm, tolerantlıq və dostluq ermənipərəstliklə tərəzinin eyni gözündədir? Bu kitabı yazanda məgər Xocalı soyqırımındakı o körpələrin meyitləri yaşlıların işgəncəyə məruz qalmış halları sənin gözünün önünə gəlmədimi? Məgər sən necə bu illər boyunca bu Azərbaycanın çörəyini yeyib, bu milətin xalq yazıçısı olaraq bu millətə xəyanət etdin? Bir müsahibəndə ölmək isdəyirəm demişdin elə sənin kimi vicdansız insanlar ölsə yaxşıdır. Zaman itkisindən başqa birşey olmadı bu kitab mənim üçün. Kitab dediyim üçün digər yazarlardan üzr isdəyirəm, amma reallıqlar bəzən acı olur..
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
Daş yuxular
Puan vermedi·161 syf.··
2025 14. kitabı
·
27 saatte okudu
·
Okunma: 15 Ağustos 2025 19:37
"İndiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb..." — Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev. "Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır."— Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış erməni jurnalist Aleksey Manvelyan. "Daş yuxular" rekviyem romanını oxuyarkən başda bəzi bəyənmədiyim, səhv gördüyüm hissələri seçib qeyd ettim. Ancaq oxumağa davam edəndə gördüm ki deyəsən bütün kitabı qeyd etməli olacam. Əkrəm Əylislinin qələmindən oxuduğum ilk əsər olduğu üçün onun üslubuna hakim deyildim. Bu əsərdə işlədilən üslubü və hadisə aparıcıllığını çox bəyəndim. Əsər də elə buna görə yaxşı başlayır (kitabın mövzusundan qeyri olaraq). Hadisələr insanı özünə çəkir oxuduqca oxumaq istəyirsən. Hətta ilk 40-45 səhifədəki mövzuda belə böyük problemlər gözümə çarpmadı. Di gəl ki kitabın ardı elə deyilmiş. "Әylisin ermәni әhalisinin nәinki gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki, bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir: “Atəş”. Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya xәncәrlә üzürlәr, ya da birәbir süngüdәn keçirirlәr. Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü torpaqlayırlar. Tövlәdә, evdә
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
Puan vermedi
Əkrəm Əylislinin "Daş yuxular" Rekviyem romanı Ermənistan-Azərbaycan münaqişəsinin 1980-ci illərin sonlarında artdığı dövrdə dərk edilməsinə həsr olunub. Romanda müəllifin Naxçıvan vilayətindəki doğma kəndi - Ailisin tarixi mühüm yer tutur, əhalisinin əksəriyyəti 1919-cu il qırğını zamanı demək olar ki, tamamilə məhv edilmiş ermənilər idi. Roman yazıçının ermənilərə simpatiyasında ittiham olunduğu və Azərbaycan KİV-ləri, Yazıçılar Birliyi (Aylıslı 20 ildən çox idi), mədəni və dini avtoritetlər, Azərbaycan Prezidenti və Parlamenti tərəfindən tənqid olunduğu Azərbaycanda kəskin etiraza səbəb olub. Kitabda müəllifin azərbaycanlıları ermənilərə, xüsusən də Bakı və Sumqayıtdakı qanlı qırğınlara təsvir etməsi də hiddət doğurdu. Bir sıra Qərb KİV-lərinin fikrincə, romanda Heydər Əliyevin Azərbaycanda siyasi zülmün bərqərar olmasına görə tənqidi yer alıb. Bu, sadəcə bədii mətn deyil, acı həqiqəti söyləməkdən çəkinməyən xalqının şərəf və ləyaqəti naminə əsl vətənpərvər bir yazıçının son dərəcə cəsarətli bir hərəkətidir. Vətən sevgisinə heç kim şübhə etməyən bir həmyerlinin dediyi, xüsusilə lazımlı və faydalıdır. Hər kəs üçün faydalıdır - ruslar, ermənilər, gürcülər, serblər və albanlar, ərəblər və israillilər ağrılı şəkildə ortaq dil axtaran hər kəs üçün. Nə susmağı, nə də səsini aşağı salmağı bilməyən yazıçı nə etməlidir? Və sonra nifrət arasında qalxan əkrəm əylislinin nə etdiyini et.
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma
7/10
·139 syf.·
2025 6. kitabı
'Yuxusu qaçmış yazıçının daşdan yuxuları; bir Əylisli rekviyemi' Açıqlama 1. Mənbə üçün link: kulis.az/news/3935 Əkrəm Əylisli - birilərinə görə "vətən xaini", başqalarına görə isə həqiqət uğruna özünü qurban vermiş fədai. Hər şeydən ziyadə, güclü qələm sahibi yazıçımızdır və bunu hər hansı siyasi yanaşmanın dəyişməməsini cəmiyyətin şüurlu uğuru saymaq olar. Kitabın əsas süjet xətti 1919-cu ildə baş vermiş - hər şeydən öncə - insan qətliamı və sonrası haqqındadır. Əkrəm bəy belə yazıb; 'Әylisin ermәni әhalisinin nәinki gözlәmәdiyi, ümumiyyәtlә ağıllarına belә gәlmәdiyi halda, Әdif bәy başda olmaqla 30-40 türk atlısı bütün evlәrin qapısını döyür, ermәniyә dә, müsәlmana da bildirir ki, bәs, barışıq olacaq, bu sәbәbdәn hamı yığışsın filan ermәninin hәyәtinә. Camaat deyilәn yerә yığışır, türk әsgәrlәri müsәlman vә ermәnilәri ayırıb hәr topanı hәyәtin ayrı tәrәfindә sıraya düzür. Qәfil hardansa әmr eşidilir: “Atəş”. Dörd bir tәrәfdәn hәyәtә cuman türk әsgәrlәri ermәnilәri güllәboran elәyirlәr. Çoxu yerindәcә qәtlә yetirilir, yaralananların, nәfәsi üstündә olanların başını ya xәncәrlә üzürlәr, ya da birәbir süngüdәn keçirirlәr. Qırdıqların elә hәyәtdә, bağçada xәndәk qazıb üstünü torpaqlayırlar. Tövlәdә, evdә gizlәnәn ermәnilәri isә elә oradaca od vurub diri-diri yandırırlar. Hәmin dәhşәtli gün evdәn bayıra çıxmağa ürәk elәmәyәn müsәlman arvadları sonralar xatırlayırdılar: Bir həftə arxlardan qırmızı qan axdı. Әdif bәy qarğa kimi qara atın üstündә oturmuşdu, “Atəş” deyib bağırdı, atını qamçılaya-qamçılaya çapıb getdi. Elә o dәqiqә dә güllә yağış kimi yağdı. Elә bil göy guruldadı, havanı bomboz toz-duman bürüdü. Elә dәhşәtli hay-hәşir qalxdı ki, dünya yaranandan elә bir şey görülmәyib. Hәyәtlәrdә itlәr hürüşmәyә başladı, ağaclardan sığırçınlar çığırışıb uçdu.
İnceleme
Daş YuxularƏkrəm Əylisli · Aegitas · 202322 okunma

Yazar Hakkında

Əkrəm ƏylisliYazar · 9 kitap
Ekrem Necef oğlu Naibov ya da bilinen adıyla Ekrem Eylisli (Əkrəm Əylisli / Akram Aylisli), Azerbaycanlı yazar, şair, çevirmen; Lenin Nişanı sahibi ve eski parlamento üyesi. Yazıları Azerice'den SSCB'de konuşulan dillere ve diğer dünya dillerine çevrilmişti