Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Mənim Nəğməkar Bibim

Ekrem Eylisli

Yorumlar ve İncelemeler

Tümünü Gör
160 syf.
10/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Yazarla ilk tanışlığıma baxmayaraq, qələmini bəyəndiyimi deyə bilərəm. Sadə və tutarlı şəkildə çatdırmaq istədiyi fikirlərini ifadə edir. Oxuduqca Sadıq’ın təsvir etdiyi kənd həyatı, dərələr, hətta kəndin klubu da canlanırdı xatirimdə. Mədinə bibi, Mərcan, Nabat xala, Yaqub. İkinci dünya müharibəsi başlanan ərəfədə biz də hekayəyə başlayırıq. Hansı ki, elə baş qəhrəman - 9 yaşlı Sadıq’ın da atası müharibəyə gedir və qayıtmır. Anası isə o, doğulanda dünyasını dəyişdiyindən Sadıq nəğməkar Mədinə bibisi ilə yaşamağa başlayır. Mədinənin həyatını, o dövrün ağır şərtlərini, müharibədən sonrakı aclıq illərini, insanların qatıq-çörək yeyərək dolandığını gördükdə indiki dövrə şükür edirik. Düzdür, bəlkə də biz indi “qatıq-çörək”lə qidalanmırıq, lakin müharibədən çıxan ölkə olaraq, hamımız bir-birimizin əlindən tutmalıyıq. Sonlara doğru yazar bir balaca uzunçuluğa yol verdi düşünürəm, o da necə, məsələn Sadıqgilin rayona gəlməklərini daha yığcam şəkildə təsvir edə bilərdi. Və böyük ümidlərlə Mədinə bibinin sondakı qərarını bir daha sorğuladığını düşünərək bu kitabdan ayrılıram. Deyəsən, bugünə qədərki ən uzun incələməm idi. Məmnunəm, Əylisli bəy!
Mənim Nəğməkar Bibim
Mənim Nəğməkar BibimEkrem Eylisli · Azərbaycan Dövlət Nəşriyyatı · 19693 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.