Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Komediyalar

Sabit Rəhman

Yorumlar ve İncelemeler

Tümünü Gör
527 syf.
10/10 puan verdi
·
Beğendi
·
65 günde okudu
Əvvəla onu qeyd edim ki, Sabit Rəhman Azərbaycanın önəmli komediya ustası, yazar və ssenaristidir. Hətta səhv etmirəmsə, “Əhməd Haradadır?” filminin ssenarisi də məhz ona məxsusdur. Bu kitabda isə onun yeddi komediyası toplanıb ki, onlardan birini - Gülümsərovun hekayəsini artıq bilirik. 1. Toy 2. Xoşbaxtlar 3. Aydınlıq 4. Ulduz 5. Nişanlı Qız 6. Əliqulu Evlənir 7. Yalan Sonuncu bir qədər fərqli üslubda yazılsa da, digərlərinin ana xətti demək olar ki eynidir. O dövrün insanlarını, var vəzifə üzrə riyakarlıqlar edən, var əlinin zəhmətilə çalışıb, can deyib can eşidən, bax həmin insanları oxuyuruq. Kitabı hər əlimə aldıqda zənn edirdim ki, hansısa ağ-qara köhnə filmimizi izləməyə başlayacam. Oxudum və komediyamızın bugün gəldiyi məqama heyfsləndim. Bu insan hələ 60’cı illərdə adi cümlə ilə güldürməyi bacarırdı, amma onun millətindən olan insanlar bugün iki saatlıq komediya filmləri çəkirlər, yenə güldürə bilmirlər. Bu böyük bir mövzudur, yaxşısı odur, biz qanımızı qaraltmayaq. Nənədən, babadan, qonşulardan, qohumlardan, xülasə, bukinistlərdən tapdınız, götürün, oxuyun. Məmnunan, Sabit Rəhman!
Komediyalar
KomediyalarSabit Rəhman · Azərnəşr Nəşriyyatı · 19674 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.