Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Komediyalar

Sabit Rəhman

Komediyalar Gönderileri

Komediyalar kitaplarını, Komediyalar sözleri ve alıntılarını, Komediyalar yazarlarını, Komediyalar yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
527 syf.
10/10 puan verdi
·
Beğendi
·
65 günde okudu
Əvvəla onu qeyd edim ki, Sabit Rəhman Azərbaycanın önəmli komediya ustası, yazar və ssenaristidir. Hətta səhv etmirəmsə, “Əhməd Haradadır?” filminin ssenarisi də məhz ona məxsusdur. Bu kitabda isə onun yeddi komediyası toplanıb ki, onlardan birini - Gülümsərovun hekayəsini artıq bilirik. 1. Toy 2. Xoşbaxtlar 3. Aydınlıq 4. Ulduz 5. Nişanlı Qız 6. Əliqulu Evlənir 7. Yalan Sonuncu bir qədər fərqli üslubda yazılsa da, digərlərinin ana xətti demək olar ki eynidir. O dövrün insanlarını, var vəzifə üzrə riyakarlıqlar edən, var əlinin zəhmətilə çalışıb, can deyib can eşidən, bax həmin insanları oxuyuruq. Kitabı hər əlimə aldıqda zənn edirdim ki, hansısa ağ-qara köhnə filmimizi izləməyə başlayacam. Oxudum və komediyamızın bugün gəldiyi məqama heyfsləndim. Bu insan hələ 60’cı illərdə adi cümlə ilə güldürməyi bacarırdı, amma onun millətindən olan insanlar bugün iki saatlıq komediya filmləri çəkirlər, yenə güldürə bilmirlər. Bu böyük bir mövzudur, yaxşısı odur, biz qanımızı qaraltmayaq. Nənədən, babadan, qonşulardan, qohumlardan, xülasə, bukinistlərdən tapdınız, götürün, oxuyun. Məmnunan, Sabit Rəhman!
Komediyalar
KomediyalarSabit Rəhman · Azərnəşr Nəşriyyatı · 19674 okunma
“Humay: Bəs arvadını niyə özünlə bağa gətirməmisən? Xəlil: Olmayan şeyi necə gətirim? Humay: Necə, ayrılmısınız? Xəlil: Anadangəlmə olmayıb.”
Sayfa 426Kitabı okudu
Reklam
“Səadət: Papirosu at bir tərəfə. Gözümdən yayınan kimi tüstün təpəndən çıxmağa başlayır. Azad: Mən təslim! Atdım.”
Sayfa 422Kitabı okudu
"Nişanlı Qız"
"Bənövşə: Deməli, mən Moskvada ona görə oxuyurdum ki, gəlib sənin duz qabının yanında oturum?"
Sayfa 307Kitabı okudu
"Nişanlı Qız"
"Camal: Səninçün elə bir ev düzəltmişəm ki, top vursan dağılmaz. Duz qabından tutmuş hər şey almışam, Bənövşə can! Amma mən ölüm, toyu gecikdirmə."
Sayfa 306Kitabı okudu
"Ulduz"
"Nazilə: Sən dazsan? Gözümdə bir az da ucaldın. Musya, tük ağlın çoxluğundan tökülür. Şükür olsun, axırı ki, bir ağıllı kişiyə rast gəldim. Gəl-gəl, mənim dazlardan xoşum gəlir."
Sayfa 284Kitabı okudu
Reklam
"Ulduz"
"Məhəmməd: O altı ay mənim arvadım olub, altı il tüstüsü təpəmdən çıxacaq."
Sayfa 284Kitabı okudu
"Ulduz"
"Züleyxa: Ay Məhəmməd, bu arvadı görən kimi sən niyə soyunursan?"
Sayfa 281Kitabı okudu
"Ulduz"
"Züleyxa: Daha sənə baxmağa öyrəşirəm, adam pis günə tez öyrəşir."
"Ulduz"
"Möhsün yaralanmışdır, bir bax, ürəyi qandır, Doktor dedi ki, yalnız, Nazilə ona dərmandır."
Sayfa 278Kitabı okudu
26 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.