Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Komediyalar

Sabit Rəhman

Komediyalar Sözleri ve Alıntıları

Komediyalar sözleri ve alıntılarını, Komediyalar kitap alıntılarını, Komediyalar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Ulduz"
"Züleyxa: Daha sənə baxmağa öyrəşirəm, adam pis günə tez öyrəşir."
“Toy”
“Surxay: Zalxa kim qızı? Zalxa: Gorbagor qızı. Gorbagor məni vaxtında oxutsaydı, indi sənin kimilərə möhtac qalmazdım!”
Reklam
Məşhur "Ulduz" filminin ön yazılmış şəklidir.
"Gülümsərov: Görürsünüz ki, mən məşğulam, xanım. İki kəlmə ilə sözünüzü deyin görüm məndən nə istəyirsiniz? Nazilə: Yox, iki kəlmə ilə mümkün deyil. Mənim o qədər sözüm var ki, bir şair lazımdır kitab bağlasın. Gülümsərov: Anam, bacım bura ədəbiyyat institutu deyil, kənd təsərrüfatı institudur."
Sayfa 251Kitabı okudu
"Ulduz"
"Şubay: Qeydlərim burdadır. (Başını göstərir.) Bəxtiyar: Doludur? Şubay: Ağzına kimi."
Sayfa 256Kitabı okudu
“Humay: Bəs arvadını niyə özünlə bağa gətirməmisən? Xəlil: Olmayan şeyi necə gətirim? Humay: Necə, ayrılmısınız? Xəlil: Anadangəlmə olmayıb.”
Sayfa 426Kitabı okudu
"Ulduz"
"Züleyxa: Ay Məhəmməd, bu arvadı görən kimi sən niyə soyunursan?"
Sayfa 281Kitabı okudu
Reklam
"Ulduz"
"Züleyxa: bu kimdir, a Məhəmməd?! Məhəmməd: Bu mənim günahlarımdır. Qadın şəklinə düşüb qarabaqara dalımca gəzir."
Sayfa 268Kitabı okudu
"Aydınlıq"
"Cavad: Sən də dur, bu saat get evə, iclas başlananda qayıdarsan. Sünbül: Səni tək qoyub hara gedim? Cavad: Çəni tək qoyub gələ bilirsən, gedə bilmirsən? Elə bilirsən yuxlamışam, ayaqlarının ucunda çıxırsan? Yox. Cavad qocadır, amma qazdan ayıqdır! Tez ol, adını de? Sünbül: Nəyi deyim? Cavad: Adını de, uzatma. Sünbül: Kimin adını deyim? Cavad: Qızın ürəyinin əzbəri bir ad olar, onu de! Sünbül: Mənim ürəyimin heç bir əzbəri yoxdur. Cavad: İndi ki, demirsən, lazım deyil, çıx get, mənim yanımda fırlanma. Sünbül: Baba, acığın niyə tutur! Cavad: Yaxın gəl. Səni mən qucağımda böyütmüşəm. Atan davada öldü, anan burda. İkisi də bizi bir-birimizə tapşırıb getdilər. İndi biz də gərək bir-birimizdən söz gizlətməyək. Lap ürəkdən istəyirsən? Sünbül: Lap ürəkdən istəyirəm. Cavad: Bəs o necə? Sünbül: O da.
Sayfa 203Kitabı okudu
"Ulduz"
"Möhsün: Yaxşı ki, papaq başımdan düşmədi. Əvvəlcə icazə veriniz sizinlə rəsmi tanış olaq. Nazilə: Olaq, nə olar? Nazilə. Nazik! Möhsün: Nazik. Nə gözəl adınız var, özünüz nazlı, adınız Nazik. Nazilə: Mədəni çıxsın deyə Nazik deyirlər, adım əslində Nazilədir. Bəs sizin adınız nədir? Möhsün: Möhsün. Nazilə: Musya."
Sayfa 253Kitabı okudu
“Xoşbaxtlar”
“Sadıq: Spiçkanız var? İnci: Heç qadında spiçka olar? Sadıq: Düzdür, səhv eləmişəm, qadınlar spiçkasız da yandırırlar.”
Sayfa 109Kitabı okudu
25 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.