Komediyalar

Sabit Rəhman

Komediyalar Sözleri ve Alıntıları

Komediyalar sözleri ve alıntılarını, Komediyalar kitap alıntılarını, Komediyalar en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Aydınlıq"
"Cavad: Sən də dur, bu saat get evə, iclas başlananda qayıdarsan. Sünbül: Səni tək qoyub hara gedim? Cavad: Çəni tək qoyub gələ bilirsən, gedə bilmirsən? Elə bilirsən yuxlamışam, ayaqlarının ucunda çıxırsan? Yox. Cavad qocadır, amma qazdan ayıqdır! Tez ol, adını de? Sünbül: Nəyi deyim? Cavad: Adını de, uzatma. Sünbül: Kimin adını deyim? Cavad: Qızın ürəyinin əzbəri bir ad olar, onu de! Sünbül: Mənim ürəyimin heç bir əzbəri yoxdur. Cavad: İndi ki, demirsən, lazım deyil, çıx get, mənim yanımda fırlanma. Sünbül: Baba, acığın niyə tutur! Cavad: Yaxın gəl. Səni mən qucağımda böyütmüşəm. Atan davada öldü, anan burda. İkisi də bizi bir-birimizə tapşırıb getdilər. İndi biz də gərək bir-birimizdən söz gizlətməyək. Lap ürəkdən istəyirsən? Sünbül: Lap ürəkdən istəyirəm. Cavad: Bəs o necə? Sünbül: O da.
Sayfa 203Kitabı okudu
"Ulduz"
"Məhəmməd: Bacı, sənin bu kənddə sənətin nədir? Züleyxa: Mən toyuqçuluq fermasında oluram. Məhəmməd: Deyirəm axı. Danışmağa adam tapmırsan. toyuqlarla nə danışasan? Odur ki, bir insan övladı görən kimi qırsaqqız olub yapışırsan yaxasından. Ancaq məndən əlini üz. Mənim qadınlardan acığım gəlir. Züleyxa: Sən də məndən əlini üz. Mənim də kişilərdən acığım gəlir. Kişi görəndə elə bil yumurtlamayan toyuq görürəm."
Sayfa 260Kitabı okudu
Reklam
“Xoşbaxtlar”
“İnci: Deməli, siz Gülərin yoldaşısınız? Sadıq: Yoldaşı deyəndə... bir az düz gəlmir... sabiq yoldaşıyam.”
Sayfa 109Kitabı okudu
"Ulduz"
"Məhəmməd: Elə isə al gəldi. (Oxuyur:) Göz qaralır, baş fırlanır, ürək solur eşqidən, Gör dünyada nələr olur, nələr olur, eşqidən, Mən ki azad bir adamam, yoldaşam qadınlara, Polad kimi ürəyim var, sevgi hara, mən hara. Adın nədir? Züleyxa: Züleyxa. Məhəmməd: Aşiq olmazsan? Züleyxa: Yox a... Heç bilirsən eşq nədir, kişilərin kələyi, Mən sevmirəm o ad ilə sizə yalan deməyi. Qadın kişi bərabərdir, sevgi nədir, eşq nədir? Avaralıq eləməkçün, bunlar bir bəhanədir. Adın nədir? Məhəmməd: Məhəmməd. Züleyxa: Sözümüz sözdür? Məhəmməd: Əlbət."
Sayfa 261Kitabı okudu
“Səadət: Papirosu at bir tərəfə. Gözümdən yayınan kimi tüstün təpəndən çıxmağa başlayır. Azad: Mən təslim! Atdım.”
Sayfa 422Kitabı okudu
"Ulduz"
"Gülümsərov: Yazarsan ki, mən, Mən Gülümsərov Həm ciddi, həm də Şən Gülümsərov. Möhsün: Əcəb də şəndir. Məhəmməd: Lap ət tökəndir."
Sayfa 258Kitabı okudu
Reklam
25 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.