Əkrəm Əylislidən oxuduğum ilk kitabdır.Yadımdadır ki, məktəb vaxtı ədəbiyyat kitablarımızda yazarın əsərlərindən hissələr olurdu.Tənha narın nağılı əsəri var idi. Əsəri o zamanlar çox sevərək oxumuşdum. İndi keçək oxuduğum bu kitabına. Kitab iki hissədən ibarətdir. İlk hissədə "Metro vaqonunda gün işığı" povesti qeyd olunub. Əsərdə baş obraz Atamoğlanın uşaqlıqdan üzərində qalan, onu yaşı artdıqca daha çox düşündürən travmalarıyla qarşılaşırıq. Sonradan onun ani qərarla doğulduğu kəndə qayıtması hadisələrin axınını dəyişməyə başlayır.
"Haqqın üstün açanlara mükafat verilmir, cəza verilir. Bu dünya xəlq olandan həmişə belə olub".(s.64)
İkinci hissədə "Safsar" hekayəsi qeyd olunub. Bu əsərdə isə Safsar adlı heyvanın öldürülməsi obrazda travma yaradır və hadisələr də bu fonda davam edir.
"Dünyada elə şeylər var ki, onları göz görmür, ürək görür".(s.67.)
Əslində iki əsərdə sadə dillə yazıldığı üçün axıcı idi. Ama nədənsə mən ilk əsəri sevdim, əsərdə bir doğmalıq hiss edirsən sanki.