Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

235 syf.
·
Puan vermedi
·
4 günde okudu
Spoiler!!!
"Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir." A romanı reper
Qaraqan
Qaraqan
'nın ilk əsəridir. Dəqiq bilmirəm amma deyəsən əsəri 18 yaşında yazıb. Və bu yaşda belə bir əsər yazmaq inanılmazdır.
Qaraqan
Qaraqan
'ın bütün replerini çox sevərək və düzənli olaraq dinləyirəm. Bütün replerini sevirəm amma "Aysel" tamam başqadır. Kitabları oxuyub bitirdiyim zaman oxuyucuların fikirlərini mütləq oxuyuram. Nə düşündükləri mənə maraqlı gəlir. Bir oxuyucunun incələməsində "Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması, kişinin üstün göstərilməsi... Təəssüf ki bu işlənmişdi... " qadının kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz varlıqları sevir bağlanır" o qədər dar düşüncədir ki..." yazılmışdı. Qaraqan heç bir cürə kitabında qadını alçaldacaq cümlə işlətməyib. Yəni əlbəttə ki həqiqətən QADIN olanları. Bu məsələ haqqında çox şey yazmaq istəyərəm amma nəyisə səhv deyərəm düşüncəsindən çəkinirəm. Səhv deyərəm, düşüncəmi çatdıra bilmərəm falan filan. Qaraqan kitabında və "Azad H.O.S.T-Çular" repində açıq aydın pozğun qadın düşməni olduğun bildiribdir. Yəni mənim fikrimcə kitabda QADIN alçaldırması yoxdur. Əksinə Qaraqan repində və kitabında kişilərin pozğun qadınlara görə QADINlarını aldatmasına qarşı olduğun bildiribdir. Gələk Anar və Ayselin sevgisinə. Əslində mən ilk görüşdə eşqə inanıram. Amma Qaraqan kitabda elə bil ilk görüşdə eşqi "biraz" abartılı yazıb. Yəni ilk görüşdə birin sevərsən falan amma tay durub ona görə intihar edərəm demərsəndə. Ya da bilmədən öpüşürsüz (klip çəkilişi üçün) sonra deyirsiz "mən səni sevirəm. Sənin yoxluğuna görə intihar etməyi düşündüm" falan filannn. Nəysə ki bu yeri mənim üçün biraz abartılı gəldi. Amma çox fikir verməyənlər üçün heç birşeydir. İndi gələk Anarın pozğun qadınlara olan düşmənliyinə və Ayselə olan eşqinə. Anar pozğun qadınlara qarşı amma Aysel'ə aşiq idi???!!! Anar qrupla birlikdə pula görə kişilərin ailəsin dağıdan qadınları döyüb, üzlərini A hərfi ilə yandırırdılar (qadının pozğun olduğu bilinsin deyə). Amma Aysel özüdə bir ailəni dağıtmışdı. Aysel pozğun deyil indi? Aysel üçündə eyni şeyi etməli olduğu yerdə onu xilas elədi??? Əlbəttə ki Anar kitabın bir hissəsində bildirmişdi ki, "Həyatda hər şey olur. Mənə maraqlı deyildi ki, o hansı ailədəndir, pozğundu yoxsa tərbiyəli, onun yaşı, bürcü, xasiyyəti - heç bir şey maraqlı deyildi. Mən sadəcə həmişə onun yanında olmaq istəyirdim" (səyfə 27) Yəni bunu bildirdiyi üçün, "O mənasızlığa görə kitabı sevmədim" deyəbilmərəm. "Cırcırama və Qarışqa" (səyfə 15) Bu hekayə haqqında da danışmaq istəyirəm. Kitabda çox hekayələr var. Hər hekayə haqqında kiçikdə olsa danışmağa çalışacam. Bu hekayədə Cırcıramanın bütün yay gəzməsi, həyatını istədiyi kimi yaşaması haqqında, Qarışqanın isə bütün yay qış üçün özünə yemək yığması haqqında danışılır. Zatən bir müddətdən sonra hər ikisi də öləcək. Yəni hekayə onu demək istəyir ki, zatən öləcəyik. Həyatını doyunca yaşa sonra öl. Gəz, gül, əylən. Amma Qarışqa kimi sadəcə işləsək və özümüzə vaxt ayırmasaq həyatdan heç bir ləzzət alabilməyəcəyik. Bu hekayəni birinci dəfədir eşidirəm. Və hekayəni çox sevdim. Gələk Aynur'un hekayəsinə. (səyfə 46) Aynurun atası qadınına xəyanət edirdi, pulu pozğun qadınlara xərcləyirdi falan filan. Sonra təbii ki peşman olur. Amma peşman olmasına baxmayaraq qadın ona görə ölür. Bunun haqqında çox şey danışmaq istəyərəm amma ki elə şeylər varki onları yazmaq istəmirəm. "Atam məni bir barmağına satdı." (səyfə 50) Aynurun anasının ölümünnən dərhal sonra Aynurun "atası" borca girir və evində olan bütün əşyaları borclu olduğu adamlara satır. Amma borc o qədər çox imiş ki bütöv ev o borcu bağlamağa çatmır. Son çarə olaraq adamlar kişinin barmağın kəsmək istəyirlər ki, "pulu nə vaxt qaytararsan o vaxtda barmağını geri alarsan" falan. Əlbəttəki kişi razı olmur və deyir ki "qızımı aparın". Bu hissəni oxuduğum zaman o qədər pis hiss elədim ki özümü. Abartmış olmayım amma demək olar ki udquna bilmirdim. Belə bir şey mümkündür heç? Nə qədər pis bir ata olasan ki öz barmağın üçün belə bir şey təklif edəsən??? 105-ci səhifədə Qaraqanın qadınla kişiləri bir tutduğunu görürük. Kişi flan şeyi edəbilər amma Qadın yox?!?!? "Diqqət bu kişidir. Ona hər şey olar." Belə yerdə biz deyirik "ZORT" Qaraqanın bu düşüncələri o qədər möhtəşəmdir ki.. Qaraqan "Aysel" adlı repində və bu kitabında Feministliyini ortaya çıxarıbdır. (mən elə düşünürəm) "Heç hiss etmisiniz ki, hər il Novruz bayramı, Yeni il daha maraqsız keçir? Hər il qar yağanda buna daha həvəssiz baxırsınız. Elə bil hər şeyin mənası itib. Hər bir şey solub. İnsanlar bozlaşıb, tündləşib, robotlaşıb." (səyfə 107) Çox kiçik bir yazı ilə buna da fikrimi bildirmək istəyirəm. Həqiqət görəsən bunun səbəbi nədir? Niyə evlərdə olan münasibətlər soyuqlaşıbdır? Ona görə ki telefon var. Məsələn öz həyatımnan bir məsəl göstərim: Evdə 5 nəfərik və hərəmiz bir telefona giririk. Əlbəttə ki ANAMnan başqa. Anam telefonnan sadəcə zənglərə görə istifadə edir. Və "status"lara baxmaq üçün. Anam telefonda olmadığı üçün anamla aramız yaxşıdır. Yəni bizimlə artıqlamasıyla maraqlanır və bizi başa düşür. Necə geyinmək istədiyimizi, gələcək haqqında düşüncələrimizi, gələcəkdə etmək istədiklərimizi çox yaxşı bilir və hər düşüncəmizi ona deməkdən çəkinmirik. Məsələn dünən dedim ki, "mcdonald's-da işləmək istəyirəm." Anam isə "Çətin işdir. Onsuzda zəyifsiz çox yorulacağsız, nə lazımdı alırıq və almağada çalışırıq. Sizə iş lazım deyil." dedi. Əlbəttə ki yenə də inkar etdim. Amma bunu atama desəm 100% dinləmədən əsəbləşər. Bu nədər aslıdır? Düşünürəm ki, bu, atamla söhbət etmədiyim üçündür. Olsun bacım və qardaşım. Bunun böyük bir səbəbi isə telefondur. Rayonda çox yerlərdə internet yoxdur ona görə də rayonlarda hələ də bayram abu havası, ailələr arasında olan münasibət artıqlamasıyla yaxşıdır. Mənim fikrimcə telefon evlərdə olan münasibətlərə, bayrama qarşı olan o möhtəşəm həvəsə son qoyur. Bunu sona saxlamaq istədim :) "Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik." (səyfə 88) bu cümlə o qədər mənalıdır ki.. Kitab haqqında yazmaq istədiyim o qədər çox şey var ki.. Amma təəssüf ki imtahan həftəsindəyəm :( Nəysə. Sonu qarışıq olsa belə məncə oxunmağa layiq bir kitabdır. Xoş günlər.
A
AQaraqan · Qanun Nəşriyyatı · 20071,574 okunma
··
2.330 görüntüleme
Hasan Metin okurunun profil resmi
Akıcı ve güzel olmuş Özellikle kadın, Bizim dinimiz zaten yeterince değer vermiş ki efendimiz,"cennet annelerin ayakları altındadır" Buyurmuştur
Yeva okurunun profil resmi
Teşekkür ederim ☺️🙏🏻
Bu yorum görüntülenemiyor
Selin Kiper okurunun profil resmi
Eline sağlık çok güzel anlatmışsınız😊
Yeva okurunun profil resmi
Teşekkür ederim☺️🫶🏻
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.