Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

95 syf.
·
Puan vermedi
·
3 günde okudu
Kitab İstanbulda hədiyyə verildiyindən haqqında heç bir məlumatım yox idi. İki gəncin imkansız eşqini və ya “Zəfər Tağı” romanında olduğu kimi 2’ci Dünya Müharibəsinə tuş gələn uğursuz sevgisini oxuyacam deyə təsəvvür edirdim. Təbii ki, bu təsəvvürlərimə kitabın üz qabığı səbəb olmuşdu. Oxuduqca həyatda özünə yer tapa bilməyən, travmalarının içinə boğulmuş və müsəlman tərbiyəsində xristian olaraq böyüyən fransız qadınla üz-üzə qaldım. Onun uşaqlığı, yeniyetməliyi bir şeylər deməyə çalışırdı. Yarım qalan, deyilmək istənilib də deyilə bilməyən çox şey var idi bu hekayədə. Və sanki Marie deyil də, Annie Ernaux yazmışdı. Tərzi o qədər bənzəyirdi ki. Qəribə şəkildə kitabın axışına qapıldım, özümdən nəsə tapdığım üçün və baş qəhrəmanın sonunun sonum olması ehtimalından qorxduğum üçün bəlkə də. Bilmirəm. Bir də bütün bu yaşananların yazıçının öz hekayəsi olduğunu bilmək, bir başqa kədər saldı ürəyimə. Bu arada mənə hədiyyə ediləndə kitabın ilk və yeganə nəşr olduğunu bilmirdim. O da bir başqa hava qatdı.
Aşk... Aşklar
Aşk... AşklarMarie Cardinal · Can Yayınları · 200010 okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.