·72 syf.····Okunma: 28 Nisan 2023 20:26 Çar Rusiyası dövrünü izah etməyə çalışan kiçik həcmli ,amma çox dərin iz buraxan dramatik bir əsər oxudum Nikolay Qoqol'un qələmindən.
Bu əsərdə ətrafı tərəfindən kasıb olduğu üçün həmişə xor görülən kiçik bir məmurun başına gələnlərlə tanış oluruq.Bu kasıb məmurun adı Akaki Akakiyeviçdi.
Vəzifə sahiblərinin,bir az varlı insanların özlərindən aşağı təbəqədən olan insanlara davranışları insanın nəfəsini boğazında düyünləməyə məcbur edir bu kiçik əsər.
Sonda əsərin kasıb qəhrəmanın başına gələn hadisə sizi kövrəldə bilər(Yəqin ki,kövrəldəcək).
Qoqol'un qələmindən oxuduğum ilk əsər idi.
Kitabın təsirindən hələ də çıxmamışam.
Əgər oxumayıbsızsa mütləq ömrünüzün 1-2 saatını ayırın.
Spoiler verməmək üçün daha çox incələməyəcəyəm.
Xoş mütaliələr.