Gönderi

Xoşbəxtlik axtarışında olanlar üçün...
9/10
·122 syf.··
Beğendi
·
2023 9. kitabı
·
4 günde okudu
·
Okunma: 28 Nisan 2023 23:59
Bu kitabın incələməsini yazmaq mənim üçün çox dəyərli bir andı. Səbəbi isə yazıçısının ən yaxın dostumun olmasıdı. Gözlərimin önündə yazılmış bir hekayədi bu. Amma tam səmimi fikirlərimi bölüşəcəm sizinlə, bir qram belə yalan olmayacaq. 118 səhifəlik kitabımız başlarda sıradanlıqla başlayır, oxucuya elə gəlir ki hər zamanki hərb mövzulu bir kitab daha. Amma çox çəkmir hekayəmizin fərqliliyinə varmağımız. 8 anonim ölkənin 8 anonim xüsusi təyinatlısı birlikdə xoşbəxtliyi axtarır. Bu yolda Allahın varlığı, Sevginin nə olması, insanlığın varlığı, irqi ayrı-seçkilik və bu kimi neçə-neçə aktual mövzuya toxunulur. Amma ən önəmlisi toxunulmaqla qalmır bunlar cavablandırılır. Burdakı kütlə, yəninsiz kitab sevərlərsiz və bilirsiniz ki son zamanlar ölkəmizdə ateistliyi təbliğ edən bir neçə kitablar yazılır. Təbii ki buna bir sözüm yox. Amma Hərbistan bu kitablara qarşı ayaqda dura biləcək qədər Tanrıdan bəhs edən bir əsərdi. Bunu tam dəqiqliklə deyə bilərəm. Və mənim fikrimcə cəmiyyətimizin belə kitablara və yazıçılara ehtiyacı var. 9 xal verməyimə səbəb nə hekayənin mövzusu nə də dili oldu. Buna səbəb həcminin kiçikliyi oldu bu qədər. Dostum, qardaşım Asəf, qəlbin rahat olsun, istədiyini çatdıra bilmisən kitabında. Və adına çox sevinirəm, uğurların və qələmin bol olsun. Və unutdum. Kitabxanaçı Ays xanıma da çox təşəkkürlərimi bildirirəm. Çox yardımçı oldu kitabın burada yerləşdirilməsinə. Ays Hərbistan Asəf Hüseynov
1000Kitap
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma
··
1.195 Gösterim
6 Yorum
Lütfen giriş yapınız.
Fikrimcə, ən gözəl kitab insanın çox şey öyrəndiyi kitabdır! Oxuyacaq hər kəsin çox şey öyrənəcəyinə əminəm... Əllərinizə sağlıq! ✨
Nəimi
Gönderi Sahibi
Elədi haqlısan👏🙏
Kitabı necə əldə etmək olar? Və ya pdf forması varmı?
Nəimi
Gönderi Sahibi
yazıçının özünə bildirdim, sizə məlumat verəcək🙏
insAllah məndə oxuyacam. Uğurları bol olsun😊🙏
Nəimi
Gönderi Sahibi
inşəAllah
Xoşdu.Buyurun😊 Yazara uğurlar, kitabı bol oxuculu olsun inşAllah🙏
Nəimi
Gönderi Sahibi
Təşəkkürlər🙏🌷