Bu kitabı mənə bir dostum, @Huseynoffaa tövsiyə etmişdi,(Tövsiyə üçün çox təşəkkürlər) və nə yalan deyim,ilk başda adından sırf hərblə bağlı olduğunu düşünmüşdüm deyə çox da diqqətimi çəkməmişdi, ancaq alıntılarını oxuduqdan sonra və bir yazıçının ilk kitabı olduğunu bildikdən sonra maraqlı gəlmişdi və nəticə olaraq oxumağa başladım..
(Spoiler)..Kitabda mənim marağımı çəkən ilk hissə, 8 ayrı-ayrı ölkənin xüsusi təyinatlılarından ibarət qrupa verilən vəzifənin xoşbəxtliyi axtarıb tapmaq olduğunun bildirildiyi hissə idi, hansı ki mücərrəd mənalı bir hissin tapılması istənilmişdi... Və bunun necə mümkün olacağı çox maraqlı gəlirdi,səyahət etdikləri 4 ölkə də xoşbəxtliyi həqiqi mənada necə tapdıqlarına şahid oldum. Xüsusi təyinatlılar və səyahət etdikdə rastlaşdıqları insanlar öz həyatlarında da çox çətinliklərlə üzləmişdilər,onların həyat hekayələri də xüsusilə diqqət cəlb edən idi. Ən çox, Ali Banat'ın real həyat hekayəsinin yazıldığı hissə, daha çox diqqətimi çəkdi. Çünki Ali' xərçəng xəstəsi idi,və bunu o,Allahın ona özünü dəyişməyi üçün fürsət verməsi kimi dəyərləndirirdi.Ömrünün az qaldığını anladıqdan sonra həqiqətən də dəyişməyi bacarmışdı.
"Xoşbəxtlik sevdiyini əldə etməkdə yox, əldə
olanı sevməkdədir. Hər şey düşdüyünüz situasiyaya münasibətinizdən asılıdır."-kaş hər birimiz əlimizdə olanları sevib,onlarla xoşbəxt olmağı bacarardıq..Onda düşüncə tərzimiz müsbət yöndə dəyişdiyi kimi,həyat tərzimiz də dəyişərdi məncə.
Və kitabda ən sevdiyim məqam, başından bəri "bələdçi" kimi göndərildiyi düşünülən 0013'ün kimliyinin gizli qalması idi.Bu, çox güman ki,kitabı oxuyan çox insana maraqlı gəlib.Lakin Kitabların əksəriyyətində sonda bu "gizli" şəxslər açıqlanır, maraqla gözlədiyimiz şəxsin kimliyini bilirik.Və hardasa,kimliyini bildikdən sonra həmin obraz gözümüzdə