Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Xoşbəxtlik axtarışında olanlar üçün...

Hərbistan

Asəf Hüseynov

Hərbistan Yorumları ve İncelemeleri

Hərbistan yorumları ve incelemelerini, Hərbistan kitabı hakkındaki okur görüşlerini , Hərbistan puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

910 üzerinden
30 Kişi · 20 İnceleme
122 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Xoşbəxtlik axtarışında olanlar üçün...
Bu kitabın incələməsini yazmaq mənim üçün çox dəyərli bir andı. Səbəbi isə yazıçısının ən yaxın dostumun olmasıdı. Gözlərimin önündə yazılmış bir hekayədi bu. Amma tam səmimi fikirlərimi bölüşəcəm sizinlə, bir qram belə yalan olmayacaq. 118 səhifəlik kitabımız başlarda sıradanlıqla başlayır, oxucuya elə gəlir ki hər zamanki hərb mövzulu bir kitab daha. Amma çox çəkmir hekayəmizin fərqliliyinə varmağımız. 8 anonim ölkənin 8 anonim xüsusi təyinatlısı birlikdə xoşbəxtliyi axtarır. Bu yolda Allahın varlığı, Sevginin nə olması, insanlığın varlığı, irqi ayrı-seçkilik və bu kimi neçə-neçə aktual mövzuya toxunulur. Amma ən önəmlisi toxunulmaqla qalmır bunlar cavablandırılır. Burdakı kütlə, yəninsiz kitab sevərlərsiz və bilirsiniz ki son zamanlar ölkəmizdə ateistliyi təbliğ edən bir neçə kitablar yazılır. Təbii ki buna bir sözüm yox. Amma Hərbistan bu kitablara qarşı ayaqda dura biləcək qədər Tanrıdan bəhs edən bir əsərdi. Bunu tam dəqiqliklə deyə bilərəm. Və mənim fikrimcə cəmiyyətimizin belə kitablara və yazıçılara ehtiyacı var. 9 xal verməyimə səbəb nə hekayənin mövzusu nə də dili oldu. Buna səbəb həcminin kiçikliyi oldu bu qədər. Dostum, qardaşım Asəf, qəlbin rahat olsun, istədiyini çatdıra bilmisən kitabında. Və adına çox sevinirəm, uğurların və qələmin bol olsun. Və unutdum. Kitabxanaçı Ays xanıma da çox təşəkkürlərimi bildirirəm. Çox yardımçı oldu kitabın burada yerləşdirilməsinə.
Ays
Ays
Hərbistan
Hərbistan
Asəf Hüseynov
Asəf Hüseynov
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
122 syf.
9/10 puan verdi
·
5 saatte okudu
Bir gənc yazardan bir kitab daha...
Kitabın mövzusundan söz etmiş olsam, dünyada əksər insanların daim arzusunda olduğu bir hissin, xoşbəxtliyin arxasınca gedən 8 gizli və sirli əsgərin 4 gündə 4 fərqli ölkədə yaşadıqları hadisələrdən bəhs edir. Qəribədir, elə deyil mi, nə olduğunu bilmədiyin bir şeyin axtarışında olmaq? Amma əsərdəki qəhrəmanlarımız bunu məharətlə edir. Əsərin mənə toxunan hissəsi isə, qəhrəmanların öz həyatlarından danışdıqları hissələr oldu. Bugünkü zamanımızda öz xeyrinə olan cəfəngiyyatları "İslam başlığı "adı altında tanıdan şərbaz və həddini bilməzlərə bir şillə ola biləcək gücdədir bu kitab, mənim fikrimcə. Ustalıqla istifadə edilmiş cümlələr, hadisələr ardıcıllığı və bütün bunların yaratdığı əsas məna gələcəkdə yazarın daha çox məsafələr qət edəcəyinin göstəricisidir. Daha necə ruhoxşayan kitablarda görüşmək diləyi ilə.
Asəf Hüseynov
Asəf Hüseynov
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
Reklam
122 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Hər kəsə salam! Kitabı nə tez bitirdim deyə məyus oldum. Bəli , müəllif çox düzgün vurğulayıb, xoşbəxtlik sevdiyini əldə etməkdə deyil, əldə olanı sevməkdədir. Məncə, biz insanlar əlimizdə olanların nankoruyuq. Əlimizdə olanlara görə Allaha şükür etmək əvəzinə hələ bir də taleyimizdən şikayətlənirik. Xoşbəxtlik insanın ətrafdakılara necə baxdığından asılıdır, xoşbəxt olub da bunu görməmək üçün gözlərini bağlayan insanlar da vardır. Müəllif həm öz fikirləri, həm də dahi filosoflardan gətirdiyi sitatlardan xoşbəxtliyi çox gözəl izah etmişdir. İlk əvvəl oxuyanda kod adlar filan mənə "Enkaz altındakiler" kitabını bir balaca xatırlatdı. Əsərin belə gözəl davam etməsi, süjet xətti məni əsərə bağladı. Yazıçı
Asəf Hüseynov
Asəf Hüseynov
'a yazıçılıq fəaliyyətində uğurlar arzulayıram, İnşəAllah yeni qələmə alacağı əsərlərdə bir də görüşərik. Hər kəsə bu dəyərli kitabı oxumağı tövsiyə edirəm, oxusanız peşman olmazsınız. Xoşbəxtlik hər zaman sizlərlə olsun...
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
122 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitab oxunmalı və oxutdurulmalıdır...
Kitab haqqında fikirlərimi bölüşmədən öncə kitabı əldə etməyimdə əsas rolu oynadığı üçün
Nəimi
Nəimi
'yə və kitabın yazıçısı
Asəf Hüseynov
Asəf Hüseynov
'a çox təşəkkür edirəm... Burda məni yaxından tanıyanlar bilir ki, bu il mart ayında univeristetə qəbul üçün ilk imtahanımı verəcəm və bu mənim hədəflərimə çatmağım üçün ilk addımım olacaq. Avqust ayından
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
122 syf.
·
Puan vermedi
·
4 günde okudu
"Hərbistan" incələməsini sevə - sevə etdiyim bir kitab oldu. Bəzi kitablar var ki, heç bitməsin istəyirik. Məhz bu kitabda heç bitməsini İstəmədiklərimdən biri oldu. Buna səbəb yazıçının məharəti olduğunu deyə bilərəm. Hansı cümlə ilə oxuyucuya necə təsir edəcəyini çox yaxşı bilir. Öncəliklə burdan gənc yazarımıza
Asəf Hüseynov
Asəf Hüseynov
uğurlar arzu
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
122 syf.
9/10 puan verdi
·
Beğendi
·
17 saatte okudu
Hərkəsə Salam!
Əvvəla qeyd edim ki, gənc olmağına baxmayaraq belə güclü qələmə sahib yazıçılarımızın varlığı çox qürurvericidir! Tərəddüd edərək başladığım və məni yenə səhf çıxardan kitablar siyahısına biri daha əlavə olundu. Kitabın adına uyğun bir hekayə gözləsəm də, çox başqa mövzu qarşıladı məni. Xoşbəxtlik nədir ? Bir çoxumuz bunu dəfələrlə özümüzə sual vermişik yəqinki, yaşadığımız müddətcə də bu sualı təkrarlamağa davam edəcəyik çok güman ki. Xoşbextliyin nədə olduğu hər birimiz üçün fərqli olabilər necə ki, kitabda da gördüğümüz kimi 8 fərqli ölkədən, 8 fərqli əməkdaş, eyni vaxtda eyni yerdə xoşbəxtliyin sirrini axdarsada günün sonunda hər birinin əldə ettiyi nətice çox fərqli oldu. "Xoşbəxtlik hər birimizin daxilindədir" fikrinə məndə inananlardanam. Mənim üçün bəzən bütün günü özüm özümlə, ailəmlə, dəyər verdiyim insanlarla vaxt keçirməkdi xoşbəxtlik. Bəzən səhər altıda təmiz havada gəzməkdir. Uzun sözün qısası xoşbəxtlik əlimizin çata bildiyi hər yerdədir. Sadəcə həyatın təlaşına özümüzü o qədər həsr edirik ki, özümüzlə xoşbext olmağı unudub bunu çox səhf yerlərdə axdara-axdara ömrümüzü tükədirik. Kitab mənə fərqli mövzuları olmağına baxmayaraq
Simyacı
Simyacı
kitabını xatırlatdı. Bir çox fərdi inkişaf kitabından daha çox sizə faydası olacağına əminəm bu kitabın. Mənə olan faydası üçün yazara çox təşəkkür edirəm.
Asəf Hüseynov
Asəf Hüseynov
Qələminizə sağlıq. Ümidvaram gələcəkdə daha çox kitabınızı oxumaq nəsib olar. Uğurlar! Son olaraq hərkəsə xoşbəxtlik və bol-bol kitab arzulayıram! Xoş oxumalar.
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
Reklam
122 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 saatte okudu
Xoşbəxtlik nədir?..
Kitabda deyildiyi kimi "Təsadüf deyə bir şey yoxdur". Geridə qalan təqvim ilinin son günündə mənim bu kitabı oxumağımın da təsadüf olmadığı kimi. Kitabın təhkiyə dili,yanaşmalar,gətirilən sitatlar,gerçəkliklə uzlaşdırmalar və s. o qədər mükəmməl idi ki... Süjet xətti müxtəlif ölkələrdən seçilmiş 8 şəxsin (+özəl bir şəxs) xoşbəxtlik axtarışında olmalarından ibarətdir. Onlar bu axtarışı dünya ölkələri sırasında müxtəlif cəhətlərinə görə birinciliyə sahib ölkələr arasında aparırlar. Bu zaman dilimində bir çox şəxslə qarşılaşırlar,onların yaşamlarından dərslər çıxarırlar. Eyni zamanda,oxucular da seçilmiş səkkiz şəxsin həyat hekayələrinə bələd olmuş olurlar. Kitabı fərqli cür düşünürdüm,ancaq düşündüyümün tam əksinə məndə iz buraxacaq kitablardan biri oldu. Xüsusilə,gənc bir yazarın ilk qələm təcrübəsi olaraq yanaşdıqda əsərin mükəmməlliyinin fərqinə daha gözəl varmaq olur. Ümid edirəm ki,yazar—
Asəf Hüseynov
Asəf Hüseynov
yaradıcılığına davam edib,oxucuları daha da gözəl nümunələrlə tanış edər. Oxuyacaq olanlara xoş mütaliələr.
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
122 syf.
10/10 puan verdi
·
Beğendi
•İlin son təhlili "Hərbistan" olsun...♡♡
Hardan başlayım necə yazım bilmirəm. Bir şey məni xoşbəxt edirsə bunu sözlə ifadə etməyə çətinlik çəkirəm. Necə deyərlər bəzi hisslər sözlə ifadə oluna bilmir. Eynən bu kitabın mənə yaşatdığı hisslər kimi. Yenədə əlimdən gələn qədər yazmağa çalışacam. Kitabı ilk dəfə bu platformada görmüş və adından, üz qabığından müharibə mövzulu olduğunu
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
122 syf.
·
Puan vermedi
Azerbaycan edebiyatından okuduğum ikinci yazar oldu
Asəf Hüseynov
Asəf Hüseynov
Kitabını çok beğendim. Yazar kitapta mutluluğun sevdiğimiz şeyin elde etmenin değil, elde ettiğimiz şeyi sevmenin mutluluk olduğunu vurgulamış ve ben bu ayrıntıyı çok sevdim. Böyle mesajlara toplum olarak ihtiyacımız var. Eserin devamı o kadar güzeldi ki olay örgüsü beni mest etti.
Asəf Hüseynov
Asəf Hüseynov
olayları birbirine güzel bir şekilde bağlamış. Bu kadar genç bir yazarın böyle etkileyici bir kitap yazacağını yine beklemiyordum ve önyargılarım kırıldı. Yazar yine kitap çıkarırsa okumak isterim yine harikalar yapacağından şüphem yok. Türkçeye çevrilmesini istiyorum ama, birkaç yerde takıldım çünkü.
Asəf Hüseynov
Asəf Hüseynov
'da izin verirse kitabına desteklerimi sunmak isterim.
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.