Kitabda deyildiyi kimi "Təsadüf deyə bir şey yoxdur". Geridə qalan təqvim ilinin son günündə mənim bu kitabı oxumağımın da təsadüf olmadığı kimi.
Kitabın təhkiyə dili,yanaşmalar,gətirilən sitatlar,gerçəkliklə uzlaşdırmalar və s. o qədər mükəmməl idi ki...
Süjet xətti müxtəlif ölkələrdən seçilmiş 8 şəxsin (+özəl bir şəxs) xoşbəxtlik axtarışında olmalarından ibarətdir. Onlar bu axtarışı dünya ölkələri sırasında müxtəlif cəhətlərinə görə birinciliyə sahib ölkələr arasında aparırlar. Bu zaman dilimində bir çox şəxslə qarşılaşırlar,onların yaşamlarından dərslər çıxarırlar. Eyni zamanda,oxucular da seçilmiş səkkiz şəxsin həyat hekayələrinə bələd olmuş olurlar.
Kitabı fərqli cür düşünürdüm,ancaq düşündüyümün tam əksinə məndə iz buraxacaq kitablardan biri oldu.
Xüsusilə,gənc bir yazarın ilk qələm təcrübəsi olaraq yanaşdıqda əsərin mükəmməlliyinin fərqinə daha gözəl varmaq olur.
Ümid edirəm ki,yazar— Asəf Hüseynov yaradıcılığına davam edib,oxucuları daha da gözəl nümunələrlə tanış edər.
Oxuyacaq olanlara xoş mütaliələr.
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma