Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

122 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitab oxunmalı və oxutdurulmalıdır...
Kitab haqqında fikirlərimi bölüşmədən öncə kitabı əldə etməyimdə əsas rolu oynadığı üçün
Nəimi
Nəimi
'yə və kitabın yazıçısı
Asəf Hüseynov
Asəf Hüseynov
'a çox təşəkkür edirəm... Burda məni yaxından tanıyanlar bilir ki, bu il mart ayında univeristetə qəbul üçün ilk imtahanımı verəcəm və bu mənim hədəflərimə çatmağım üçün ilk addımım olacaq. Avqust ayından isə bədii kitablara bir müddət ara verib dərslərimə daha çox vaxt ayırmağ düşünürəm. Bu kitabı da oxumaq istəyirdim, lakin düşünürdüm ki, imtahanlarımı verdikdən sonra oxuyaram. Amma qismət bu günə imiş... Və mən çox sevinirəm ki, həyatımın həlledici dövrlərindən birində bu kitab mənim əlimə keçdi və mən onu oxudum. Kitabın hər bir səhifəsində beynimə həkk olunan onlarla cümlə oldu. Kitabı bitirdikdən snra bir neçə saat etdiklərimi, dediklərimi, məqsədlərimi,bədbəxtliklərimi, xoşbəxtliklərimi, sevdiklərimi, "heç vaxt etmərəm" dediklərimi, "mütləq edəcəyəm" dediklərimi, yazdıqlarımı, oxuduqlarımı, doğulduğum ailəni, yaşadığım ölkəni, mənfi cəhətlərimi, müsbət cəhətlərimi, dini inancımı və s. gözdən keçirtdim. Kitabda insan mənəviyyatı ilə bağlı çox gözəl mesajlar var. Kitabda onlarla hazırki zaman üçün ən vacib, aktual mövzulara toxunulub: sevginin nə olduğu barədə, irqi ayrı-seçkilik, aclıq, Tanrının mövcudluğu, insanların mənəviyyatı və s. kimi. Ən sevdiyim məqamlardan biri isə irqindən, dilindən, dinindən, ölkəsindən asılı olmayaraq 8 xüsusi təyinatlının bir-birlərini tanımasalar belə birlikdə tam motivasiya ilə yorulmadan xoşbəxtliyi axtarması və sonda hər birinin öz xoşbəxlik tərifini tapması oldu.
Nəimi
Nəimi
'nin də vurğuladığı kimi məncə də, bu kitab Tanrının varlığını inkar edən kitablara qarşı ayaqda dura biləcək qədər güclü bir kitabdır. Kitabı çox bəyəndim, əminəm ki, bir müddət sonra təkrar açıb oxuyacağım kitablardan biridir.
Asəf Hüseynov
Asəf Hüseynov
qələminiz çox qüvvətlidir. Kitab yazmağa davam edin. Sizin kimi yazıçılara Azərbaycanın ehtiyacı var. Uğurlarınız bol olsun... Əziz 1k heyəti hər zaman xoşbəxt qalmağınız diləyi ilə... Hələlik....
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
··
484 görüntüleme
Nəimi okurunun profil resmi
Əstəğfürullah, mən sadəcə sualı paylaştım, bilən siz oldunuz. Qismət. Mən sizə təşəkkür edirəm. Mükəmməl bir incələmə olub.🙏
Asav.Huseyn okurunun profil resmi
Bu gözəl şərhiniz üçün təşəkkür edir və açığı nə deyəcəyimi tamda bilmirəm. Digərlərinə dediyim kimi mən deyəsən xoşbəxtliyin formulunu tapdım və bu məni həqiqətən xoşbəxt edir. Kitabın insanlara faydalı olmasını görmək çox gözəl bir hissdir. Əgər kiməsə nəsə bir xeyri dəydisə nə mutlu mənə!
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.