Gönderi

Bir gənc yazardan bir kitab daha...
9/10
·122 syf.··
2024 1. kitabı
·
5 saatte okudu
·
Okunma: 03 Ocak 2024 19:43
Kitabın mövzusundan söz etmiş olsam, dünyada əksər insanların daim arzusunda olduğu bir hissin, xoşbəxtliyin arxasınca gedən 8 gizli və sirli əsgərin 4 gündə 4 fərqli ölkədə yaşadıqları hadisələrdən bəhs edir. Qəribədir, elə deyil mi, nə olduğunu bilmədiyin bir şeyin axtarışında olmaq? Amma əsərdəki qəhrəmanlarımız bunu məharətlə edir. Əsərin mənə toxunan hissəsi isə, qəhrəmanların öz həyatlarından danışdıqları hissələr oldu. Bugünkü zamanımızda öz xeyrinə olan cəfəngiyyatları "İslam başlığı "adı altında tanıdan şərbaz və həddini bilməzlərə bir şillə ola biləcək gücdədir bu kitab, mənim fikrimcə. Ustalıqla istifadə edilmiş cümlələr, hadisələr ardıcıllığı və bütün bunların yaratdığı əsas məna gələcəkdə yazarın daha çox məsafələr qət edəcəyinin göstəricisidir. Daha necə ruhoxşayan kitablarda görüşmək diləyi ilə. Asəf Hüseynov
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma
·
3 +1'leme
·
632 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Uğurlar, gənc yazarımıza