Salam, bir mövzu haqqında açıqlama etmək istəyirəm. Mən bir müddətliyinə proqramı silirəm, burada aktiv olmayacam. Əslində, bunu demədən də silə bilərdim, sadəcə mənim üçün əziz olan, xətrimi istəyən insanlar var ki, mənə görə narahat olub yazırlar. 1K'nın mənə qatdığı bir çox şey var, onlardan biri də çox gözəl, kitabsevər, mehriban insanlarıdır. İnanın burada sizinlə oxuduğumuz kitablar barədə müzakirələr etməyi o qədər çox sevirəm ki🫠. Amma hal-hazırda bir işlə əlaqədar kitab oxuya bilməyəcəm və həmçinin burada da aktiv olmayacağam. Hesabım qalacaq, sadəcə proqramı silirəm, İnşəAllah arzumu real etdikdən sonra sizlərin arasına yenidən dönəcəm. Ona qədər sağlıqla qalın, əziz kitabsevərlər🙋🏻♀️✨