Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Shafagat Mammadova

Shafagat Mammadova
@Memmedova_22
Arzumu reallaşdırdıqdan sonra qayıdacağam:)
Azərbaycan dili və ədəbiyyat müəllimi
NDU~Magistrant
Naxçıvan MR
7 Mayıs 2002
149 okur puanı
Ekim 2021 tarihinde katıldı
256 syf.
10/10 puan verdi
·
12 günde okudu
"Etrafımız o kadar çirkefle dolu ki, temiz kalmak için bir tek çare kendi dünyamıza çekilmek ve muhitle, hiç olmazsa manen, alakamızı kesmektir!" Həqiqətən də elə deyilmi, ətrafımız çirkabla doludur. Belə çirkab dolu mühitdə yaşamaqdansa öz yaratdığımız, tərtəmiz dünyamızda yaşamaq ən gözəli deyilmi? Özümüzə məxsus bu balaca dünyamızda nə nəfsə, nə hiyləgərliyə, nə hər hansısa bir pis xüsusiyyətə yer var. İçimizdə yatan şeytan yoxdu, sadəcə biz o şeytanı yaradırıq və ona uyuruq. Əgər biz iradəli olsaq, aciz olmasaq, öz təxəyyülümüzdə hər şeyi üzərinə yıxdığımız içimizdəki şeytan da olmayacaq... Sabahattin Ali'nin ikinci oxuduğum əsəri oldu və çox sevdim. Oxumağınızı tövsiyə edərdim. Hər kəsə xoş mütaliələr! :)
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019172bin okunma
Reklam
125 syf.
10/10 puan verdi
·
5 günde okudu
Hər kəsə salam! Bu John Steinbeckin oxuduğum ikinci kitabıdır. Kitabda Steinbeck işçiləri siçanlara bənzədir. Siçanlar kimi onların da qarşılarına qoyduqları məqsədi vardı və onlar kimi pis yerlərdə yatıb, iyrənc yeməkləri yeyirlər. Əsərin qəhrəmanları George və Lennie'dir. Lennie iri cüssəli , məsumdur, lakin uşaq ağıllıdır, çox şeyi unudur. George ona nisbətən zəkalıdır, amma bir-birinə zidd olan bu iki insan dostluq edirlər. İnsanı həyata bağlayan məqsədləri, arzuları, gələcək planlarıdır. George və Lennie'nin də gələcək planları var idi. Özlərinə məxsus fermalarının, inəklərinin, toyuqlarının olacağının xəyalını qururlar. Həmçinin dovşan almaq da istəyirdilər, çünki Lennie yumuşaq şeylərə toxunmağı, sığallamağı çox sevirdi. Amma qurduqları xəyalları gerçəkləşdirə bilmədilər. Kitabda dostluqdan savayı irqçilik, yoxsulluq,saflıq kimi mövzulara da toxunulmuşdur. Əsərin sonunun belə bitəcəyini düşünməmişdim. Steinbeck insanların əməklərinin qarşılıqsız qaldığını da çox yaxşı vurğulamışdır. Nəticədə, John Steinbeckin bu əsəri sevdiyim kitablardan biri oldu. Hər kəsə xoş mütaliələr. :)
Fareler ve İnsanlar
Fareler ve İnsanlarJohn Steinbeck · Sel Yayıncılık · 2023172,3bin okunma
60 syf.
9/10 puan verdi
·
19 saatte okudu
"Gənc yazıçılara şans vermək lazımdır "-deyib yazıçının ikinci detektiv əsərini də oxudum. Əsərin süjet xətti maraqlı və gözəl idi, lakin bəzi əskik məqamlar da var. Təsvirə çox yer verilməməsi, bədii təsvir və ifadə vasitələrindən yaxşı istifadə edilməməsi əsəri bir qədər zəiflədir. Bundan başqa orfoqrafik səhvliklər də həddindən artıq çox idi. Yazıçı bunlara diqqət edib bir az da özünü inkişaf etdirsə inanıram ki, daha da yaxşı uğurlara imza atacaqdır. Son olaraq da kitab tövsiyəsinə görə @Mahmudova_Zulfiyye xanıma təşəkkür edirəm:) Hər kəsə xoş mütaliələr!
Sən Axı Kimsən?! - Bumeranq
Sən Axı Kimsən?! - BumeranqAmid Səlimoğlu · Kişisel Yayın · 20219 okunma

Okur Takip Önerileri

Tümünü Gör
80 syf.
8/10 puan verdi
·
28 saatte okudu
Nəriman Nərimanovun "Bahadır və Sona" əsərini Universitetdə oxuyarkən imtahan üçün qısa məzmununun oxumuşdum, indi isə əsəri oxudum və bir daha onları bir-birindən ayıran dini məsələlərlə tanış oldum. Bahadır oxumuş, savadlı bir müsəlmandır. Sona da təhsilli erməni qızıdır, dini məzhəbinə görə Bahadır kimi müsəlman deyil, xristiandır. Onların bir-birinə olan məhəbbətləri aralarında olan "dini uçurum"u məhv etmişdi. Amma onların əsas problemi isə "camaat buna nə deyər?" idi. Bu dərdə çarə tapmaq istəyərkən Bahadır məktubunda ölümündə heç kimin müqəssir olmadığını yazıb özünü öldürür. Məncə, Bahadır belə tez məğlub olmamalıydı, məğlubiyyəti bu tezliyə qəbul etməməliydi. Nəticədə, onların da məhəbbəti "dini uçurum"lara qurban getdi... Bundan əlavə də bu əsərdə və başqa kitablarda da nə üçün Azərbaycanlı-erməni sevgisinə toxunulub, üstəlik də onların elə çox təriflənməsi mənə müəmmalı qaldı...
Bahadır və Sona
Bahadır və SonaNeriman Nerimanov · Qanun Nəşriyyatı · 2022166 okunma
56 syf.
8/10 puan verdi
·
5 saatte okudu
Yazı üslubunu sevdiyim Stefan Zweig'in kitablarından bu dəfə "O muydu?" əsərini oxudum , çox da sevdim. İndi isə gələk əsər haqqındakı düşüncələrimə. Əsərdə heyvanların duyğu və düşüncələrindən söhbət gedir,necə ki, bir insan sevir, qısqanır, hirslənir, məyus olur və bunun kimi bir çox duyğuları heyvanlar da yaşayır. Onların insanlardan tək fərqi isə bu duyğuları dilə gətirə bilməmələridir. Biz insanlar nəyəsə məyus olanda ,kədərlənəndə bunu sözlərlə qarşımızdakı insana dilə gətirə bilirik, amma heyvanlar bunu edə bilmir,bunun əvəzinə hisslərini hərəkətləri ilə bizlərə çatdırmaq istəyir. Bəzən bizlər də bu hərəkətlərə anlam verə bilmirik, daha doğrusu anlamaq istəmirik. Çünki "Heyvanın da duyğusu olar axı?"-kimi düşüncələrə sahibik. Gəlin biraz da heyvanları onların dili ilə öyrənməyə,tanımağa, anlamağa çalışaq. Onlar bizim kimi hisslərini sözlərlə ifadə edə bilməsə də ən azından biz onları onların dili ilə anlamağa çalışaq. Çünki heyvanların da hissləri var. Əziz oxucular, heyvanları sevin , onlara diqqət və qayğı ilə yanaşın! :)
O muydu?
O muydu?Stefan Zweig · Can Yayınları · 20195,3bin okunma
Reklam
184 syf.
9/10 puan verdi
·
5 günde okudu
Salam. Deməli, "Vicdanın köməyi" adlı kitab bu yaxınlarda qarşıma çıxdı və marağımı cəlb etdi. Detektiv mövzusunda yazılmış əsər, gənc yazıçı Əziz Qənbərovun ilk qələm təcrübəsidir. İlk qələm təcrübəsi olmasına baxmayaraq əsər gözəl,yəni qənaətbəxş idi. Əsərin sonuna kimi obrazlar üzərində fikirlər yürütdüm və şübhələrimin əksəriyyəti doğru çıxdı. Əsərin tək mənfi cəhəti orfoqrafik səhvliklərin və bir sıra əskik məqamların olmasıdır. Bu əskik məqamlara da yazıçı diqqət yetirsə gələcək əsərlərində daha yaxşı uğurlara imza atmış olar.Mən əsəri sevdim və həqiqətən də maraqlı idi. Kitaba şans verib oxumağa dəyər!
Əziz Qənbərov
Əziz Qənbərov
'a yazıçılıq fəaliyyətində uğurlar arzu edirəm . Hər zaman vicdanınız köməyiniz olsun! Sağlıqla və kitabla qalın...
Vicdanın Köməyi
Vicdanın KöməyiƏziz Qənbərov · Bakı, Zəngəzurda Çap Evi · 202113 okunma
220 syf.
9/10 puan verdi
·
3 günde okudu
Tənhalıq, sonsuzluqdan da betərmiş...
Salam. İlk öncə burdan başlayım , yazıçı əsəri elə səlis, elə aydın, elə axıcı dillə yazıb ki, insan oxuduqca oxumaq istəyir. Elə məqamlar oldu ki, əsəbdən bilmədim nə edim, hətta kitabı yarıda buraxıb bir az sakitləşib yenidən davam etdim. Sahibə əsərin əvvəlində çox əsəbiləşdim, istəməzdim nəfsinin qurbanı olsun. Kristina ona Anaitlə bağlı bütün həqiqətləri açıb demişdi,necə biri olduğunu,bir ailəni necə dağıtdığını nöqtə, vergülünə qədər danışmışdı. Mənim fikrimcə, Sahib bunları bilə-bilə bu tələyə düşməməliydi . O ömrünün son vaxtlarına qədər etdiyinin cəzasını çəkir. Sonda çox qorxdum ki, Ziya xəbəri verməyə gedəndə Sahib ölmüş ola, amma şükür elə olmadı və illərin həsrətinə son qoyulur. Hər kəsə tövsiyə edə biləcəyim bir əsərdir, çox maraqlı və axıcı idi.
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201844 okunma
122 syf.
10/10 puan verdi
·
Beğendi
·
22 saatte okudu
Hər kəsə salam! Kitabı nə tez bitirdim deyə məyus oldum. Bəli , müəllif çox düzgün vurğulayıb, xoşbəxtlik sevdiyini əldə etməkdə deyil, əldə olanı sevməkdədir. Məncə, biz insanlar əlimizdə olanların nankoruyuq. Əlimizdə olanlara görə Allaha şükür etmək əvəzinə hələ bir də taleyimizdən şikayətlənirik. Xoşbəxtlik insanın ətrafdakılara necə baxdığından asılıdır, xoşbəxt olub da bunu görməmək üçün gözlərini bağlayan insanlar da vardır. Müəllif həm öz fikirləri, həm də dahi filosoflardan gətirdiyi sitatlardan xoşbəxtliyi çox gözəl izah etmişdir. İlk əvvəl oxuyanda kod adlar filan mənə "Enkaz altındakiler" kitabını bir balaca xatırlatdı. Əsərin belə gözəl davam etməsi, süjet xətti məni əsərə bağladı. Yazıçı
Asəf Hüseynov
Asəf Hüseynov
'a yazıçılıq fəaliyyətində uğurlar arzulayıram, İnşəAllah yeni qələmə alacağı əsərlərdə bir də görüşərik. Hər kəsə bu dəyərli kitabı oxumağı tövsiyə edirəm, oxusanız peşman olmazsınız. Xoşbəxtlik hər zaman sizlərlə olsun...
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
160 syf.
10/10 puan verdi
·
4 günde okudu
Salam. Kitab haqqındakı düşüncələrimi yazmadan əvvəl möhtəşəm olduğunu bildirmək istəyirəm. "Kürk Mantolu Madonna" da artıq best'lərimdə ən yuxarı yerlərdə yerini aldı. Sabahattin Ali'nin oxuduğum ilk kitabıdır və çox sevdim. Romanın əsası Raif əfəndinin dəftərinə yazdıqlarından ibarətdir. Dəftərə içini tökməmiş də, öz romanını özü yazmışdır Raif əfəndi. Oxuyarkən bəzən təəccüblənirdim, bəzən də mənə aşina olan hissləri keçirirdim. Kitabı özümə çox yaxın hiss etdim, çünki bəzi cümlələrdə özümü gördüm. Kitabdan paylaşdığım alıntılarda da bunu görmək olar. Əsərin sonunda çox məyus oldum, kaş bu cür sonuluqla bitməzdi. Oxusanız peşman olmazsınız, buna əmin olun! Sağlıqla və kitabla qalın))
Kürk Mantolu Madonna
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2021315,3bin okunma
335 syf.
10/10 puan verdi
·
5 günde okudu
Hər kəsə salam! Sözə ilk necə başlayım bilmirəm, çünki hələ də əsərin təsirindəyəm. Kitab haqqındakı düşüncələrimi göz yaşları içində yazıram. İlahi,bu necə möhtəşəm yazılmış bir əsərdir, bu necə bir taledir!? Sanki kitab oxumadım da, bir film izlədim. Ah Ovod, sən nələr yaşayıbsan!?... Onu deyə bilərəm ki, polkovnik Ferrari kimi Allahsız, vicdan və mərhəmətdən yoxsun olan məxluqlara nifrət edirəm. Ovodun yaşadıqları az deyilmiş kimi, bir də o ona qarşı vəhşilik edir. Əsərin sonun heç belə təsəvvür etməmişdim. Montanellinin Arturu tanıdığı andakı aralarında keçən dialoqları və sondakı fəryadları məni lap göz yaşlarına boğdu. Ovodun sadiq,vəfalı dostlarının olması nə gözəldir. Onlar onu qurtarmaq üçün nələrə əl atdılar. Martini Cemmanı qarşılığı olmadan sevsə də, o pis olmasın deyə Ovodu qurtarmaq üçün özünü fəda etmək istəyinə insan heyranlıqla baxır. Bir sözlə, "Ovod" möhtəşəm əsərdir, çox əvvəl oxumadığım üçün peşman oldum. Səni heç vaxt unutmayacağam, Ovod:(
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,840 okunma
Reklam
287 syf.
10/10 puan verdi
·
21 saatte okudu
Hər kəsə salam. İlk əvvəl bunu deyə bilərəm ki, gənc yazıçılara qarşı olan antipatiyamı məhv etmək istəyirəm. Çünki bu əsəri oxuyaraq bunu təsdiqləmiş oldum. Yazıçının ilk qələm təcrübəsi olmasına baxmayaraq çox ustalıqla yazılmış əsərdir. Günümüzdə aktual olan məsələlərə toxunulub, məktəb,işinə laqeyd yanaşan dövlət məmurları, hər bir kəsin həyatından əskik olmayan dost xəyanəti... Kitabın dili o qədər səlis,axıcıdır ki, insan oxuduqca oxumaq istəyir. Tək səbəb bu da deyil, həmçinin əsərin maraqlı olması insanı özünə cəlb edir. Bəzi yerlərində nəfəsimi tutaraq oxudum, hətta bəzi yerlərində kövrəlib ağladım da... Düzünü desəm şübhələndiyim insan çıxmadı, amma sonda etdiyi ilə məni yanıltmadı,o da deyəsən bu işin içində imiş( spoiler vermədən yazmaq istəyirəm)). İlk qələm təcrübəsi olmasına baxmayaraq əsəri belə ustalıqla yazdığına görə
Nəimi
Nəimi
'ni təbrik edir,yazıçılıq fəaliyyətində uğurlar arzu edirəm .Əsərdə orfoqrafik və durğu işarələrində səhvliklər olsa da, olası şeylərdir ,təbii ki, bunlar. Sözüm sizədir, əziz oxucular, heç kimə güvənməyin. Ən böyük zərbələri güvəndiklərimizdən almadıqmı!? Nəysə, incələməmi burda yekunlaşdırmaq istəyirəm, sevgiylə və kitabla qalın...
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024110 okunma
200 syf.
9/10 puan verdi
·
5 günde okudu
Hər kəsə salam. "Veronika ölmek istiyor"çoxdandı qarşıma çıxan və oxumaq istədiyim kitablardan idi. Əslində hər şey Veronikanın monoton həyatdan sıxılıb intihara cəhd etməsi ilə başlayır. Veronika ölümdən xilas olur,lakin həkim bir mövzu haqda araşdırma apardığı üçün onu öləcəyinə inandırmışdı. Beləliklə, Veronika yenidən intihara cəhd etmədi və qaldığı Villetdəki dəli olan insanlarla yaranan münasibətlərdən o artıq yaşamağın dəyərini anladı. Veronika 24 yaşına qədər həyatdan zövq almamış, etmək istədiklərini etməmişdir. Amma Veronika ölüm ayağında olduğunu düşünüb həyatını sorğulamağa başlayır, bir müddət ölümünü qəbullanmasa da sonda qəbul edir və indiyə kimi etmədiklərini, gecikdirdiyi şeyləri bir 24 saata sığdırmaq istəyir. Axşam öləcəyini düşünsə də, səhərə gözünü yaşamın ilk möcüzəvi gününə açır. Veronikadan yola çıxaraq söyləmək istəyirəm ki, yaşamağımızın, həyatımızın dəyərini bilək. Həyatınızı dolu-dolu yaşayın, həyatdan zövq alın, sevginizi bir insana ölüm anında deyil,məhz indi bildirin. Ümidvaram ki,nə demək istədiyimi sizlərə düzgün şəkildə ifadə edə bilmişəmdir. Sevin,sevilin və sağlıqla qalın...
Veronika Ölmek İstiyor
Veronika Ölmek İstiyorPaulo Coelho · Can Yayınları · 201577,7bin okunma
200 syf.
9/10 puan verdi
·
6 günde okudu
Salam. Həqiqətən də həyat itirdiyin yerdən başlar) Bu kitabı motivasiya düşüklüyü yaşadığım bir vaxtda oxudum və yaxşı ki də oxudum. Mən düşməkdən qorxmuram, həyatda qalib olmaq da var, məğlub olmaq da. Məğlub da olsam bu mənim üçün bir təcrübədir. Düşdükcə "yenidən, yenidən" deyərək ayağa qalxacam,düşə-qalxa nailiyyətə doğru addımlaya bilərik. Bu kitabdan öyrəndiyim əsas şeylərdən biri də özümü sevmək, dəyər vermək oldu. Qulaq asın , siz dəyərlisinizsə, mən sizdən də dəyərliyəm. Əgər məni üzmüsünüzsə bu mənim günahımdı ,özüm buna icazə vermişəm. Özümdən bunlara görə üzr istəyirəm və yenidən ayağa qalxıb irəliyə addımlamağa başlayıram. Çox gözəl kitabdır, hər kəsə tövsiyə edirəm, sağlıqla qalın
Hayat Kaybettiğin Yerden Başlar
Hayat Kaybettiğin Yerden BaşlarMiraç Çağrı Aktaş · Indigo Yayınları · 20215,7bin okunma
48 syf.
7/10 puan verdi
·
3 saatte okudu
Salam. Stefan Zweig'in bu hekayəsi çox sadə,axıcı dillə yazılmışdır. Düzü , hekayənin gerçək bir hekayə olduğunu bilmirdim ,ta ki əsərinə sonuna çatana qədər. Stefan Zweig yenə bir qadının hisslərini çox gözəl ifadə edib. Hekayədə Madam de Pri bir gün gözdən düşür və kral tərəfindən Normandiyaya sürgün edilir. O güclü və aktivdir, hərəkətli və əyləncəli Paris günlərindən sonra nə qədər davam ediləcəyi məlum olmayan, onu tək başına qalacağı bir sürgün dövrü gözləyir. Amma iqtidar mübarizəsi , intriqa və əyləncədən ibarət boş saray həyatı varlığına məna verən yeganə şeydir. Həm özünü ,həm də ətrafəndakıları həmişə aldatmağa meyilli olan bu təkəbbürlü qadın öz malikanəsində yaşayır. Göstərişli əyləncələr təşkil edərək Parisdəki həyatını yenidən canlandırmağa çalışır. Gedərək məntiqli düşünmə qabiliyyətini itirən Madam de Pri , yenidən bütün diqqətləri üzərinə çəkə bilmək üçün inanılmaz bir plan düşünür. Sonda isə bu əyləncəli yığıncaqlar ilə sadəcə özünü aldatdığının fərqinə vardı və özünü öldürmək qərarına gəlir. Madam de Pri'nin ölümü insanlar üzərində heç bir təsir yaratmır.
Bir Çöküşün Öyküsü
Bir Çöküşün ÖyküsüStefan Zweig · İş Bankası Kültür Yayınları · 202177,3bin okunma
351 syf.
10/10 puan verdi
·
6 günde okudu
Oxuduğum ən təsirli əsərlərdən biri də "Sonuncu ölən ümidlərdir" əsəridir. Bəlkə də, məni bu cür təsirləndirməsi əsərin yazıçı təxəyyülü deyil də, həqiqi həyat hekayəsi olmasıdır. Nailənin başına gələnlər dəhşətdir,bu faciəni ifadə edəcək kəlimələr tapa bilmirəm. Amma Nailəyə də bəraət qazandıra bilmirəm,hər nə baş verirsə versin insan
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,011 okunma