10/10
·335 syf.··
2023 17. kitabı
·
5 günde okudu
·
Okunma: 02 Ağustos 2023 21:41
Hər kəsə salam! Sözə ilk necə başlayım bilmirəm, çünki hələ də əsərin təsirindəyəm. Kitab haqqındakı düşüncələrimi göz yaşları içində yazıram. İlahi,bu necə möhtəşəm yazılmış bir əsərdir, bu necə bir taledir!? Sanki kitab oxumadım da, bir film izlədim. Ah Ovod, sən nələr yaşayıbsan!?... Onu deyə bilərəm ki, polkovnik Ferrari kimi Allahsız, vicdan və mərhəmətdən yoxsun olan məxluqlara nifrət edirəm. Ovodun yaşadıqları az deyilmiş kimi, bir də o ona qarşı vəhşilik edir. Əsərin sonun heç belə təsəvvür etməmişdim. Montanellinin Arturu tanıdığı andakı aralarında keçən dialoqları və sondakı fəryadları məni lap göz yaşlarına boğdu. Ovodun sadiq,vəfalı dostlarının olması nə gözəldir. Onlar onu qurtarmaq üçün nələrə əl atdılar. Martini Cemmanı qarşılığı olmadan sevsə də, o pis olmasın deyə Ovodu qurtarmaq üçün özünü fəda etmək istəyinə insan heyranlıqla baxır. Bir sözlə, "Ovod" möhtəşəm əsərdir, çox əvvəl oxumadığım üçün peşman oldum. Səni heç vaxt unutmayacağam, Ovod:(
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20122,316 okunma
··
1 +1'leme
·
747 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
ama keske bu cur eser yazan yazici ikinci bir eser yazmasa idi)
Shafagat Mammadova
Gönderi Sahibi
VüsaIe Quluzadeh onda sonuna qədər "Ovod"🙃🫶🏻
Həqiqətən möhtəşəm əsərdir! Nə xoş ki, ağlayıbsınız. Mən ağlaya bilməmişdim...
Shafagat Mammadova
Gönderi Sahibi
Qatılıram sizə tək kəlimə ilə MÖHTƏŞƏMDİR!🤌🏻🖤