Andın nə mənası var? İnsanı bir şeyə bağlayan and deyil. Əgər adam hiss edirsə, özü də dərindən hiss edirsə ki, bir fikir onun qəlbinə hakim kəsilib - bu kifayətdir.
-Adam sevə biləcəyi qadına həmişə rast gəlmir: nə qədər ağır müsibətlər görmüşəm! Qorxuram…
- Qorxursunuz?
- Qaranlıqdan qorxuram. Bəzən gecə tək qala bilmirəm. Yanımda hiss olunacaq bir şey, canlı bir şey olmalıdır. Oradakı zülmət… yox, yox, bu o deyil. Bu ancaq oyuncaq bir cəhənnəmdir. Məsələ daxili zülmətdədir: orada nə ağlamaq, nə diş qıcırtması var, ancaq susmaq… susmaq…
- Rənginiz görün necə qaçıb! Bu ona görədir ki, siz həyata ciddi bir şey kimi baxırsınız, şokoladı xoşlamırsınız.
- Heç olmasa beşcə dəqiqə ciddi olun! Axı məsələ ölüm-dirim məsələsidir.
- Heç bircə dəqiqə də ciddi olmaq istəmirəm, dostum! Nə həyat, nə də ölüm ciddi olmağa dəyməz.
- Daha sonra nələr olduğunu danışmağın mənası varmı?
- Əgər… əgər istəyirsinizsə… Qorxuram bu xatirələr sizə əzab verə.
- Siz elə zənn edirsiniz ki, susanda onlar mənə əzab vermir?