Tahmini Okuma Süresi:
6 sa. 14 dk.
Sayfa Sayısı:
220
Basım Tarihi:
2018
Yayınevi:
Bakı, Parlaq İmzalar
ISBN:
9789952525007
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Tənhalıq, sonsuzluqdan da betərmiş...
9/10
·220 syf.··
2023 54. kitabı
·
3 günde okudu
·
Okunma: 14 Ağustos 2023 16:53
Salam. İlk öncə burdan başlayım , yazıçı əsəri elə səlis, elə aydın, elə axıcı dillə yazıb ki, insan oxuduqca oxumaq istəyir. Elə məqamlar oldu ki, əsəbdən bilmədim nə edim, hətta kitabı yarıda buraxıb bir az sakitləşib yenidən davam etdim. Sahibə əsərin əvvəlində çox əsəbiləşdim, istəməzdim nəfsinin qurbanı olsun. Kristina ona Anaitlə bağlı bütün həqiqətləri açıb demişdi,necə biri olduğunu,bir ailəni necə dağıtdığını nöqtə, vergülünə qədər danışmışdı. Mənim fikrimcə, Sahib bunları bilə-bilə bu tələyə düşməməliydi . O ömrünün son vaxtlarına qədər etdiyinin cəzasını çəkir. Sonda çox qorxdum ki, Ziya xəbəri verməyə gedəndə Sahib ölmüş ola, amma şükür elə olmadı və illərin həsrətinə son qoyulur. Hər kəsə tövsiyə edə biləcəyim bir əsərdir, çox maraqlı və axıcı idi.
Sonsuz
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Tənhalıq sonsuzluqdan daha betərmiş....
10/10
·220 syf.··
2023 20. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Mayıs 2023 15:16
Hardan başlayım,necə başlayım bilmirəm. Düzü boşluqda kimiyəm. "Kaş yavaş-yavaş oxuyardım bu qədər tez bitməsəydi" dedirtən bir kitab oldu.Kitabı oxuyanda baş obraza inanılmaz əsəbləşirdim. İçdən içə öz günahını qəbul etməyib, "məni tələyə saldı mənim günahım yoxdu" deməsi dahada obraza qarşı mənfi düşünməyimə səbəb oldu.İlk dəfədir ki bir kitabda baş obrazın bircə xususiyyətini belə bəyənmədim. Amma bir müddət sonra Sahibə qarşı olan qəzəbim keçdi və artıq acımağa başladım deyə bilərəm... Bir insan necədə öz həyatını məhv edə bilərmiş... Kristina ən sevdiyim obraz oldu. Sevgisinin qüruruna qəlib gəlməsinə icazə verməməsi onun necə güclü və heyran edici qadın oıduğunu göstərirdi. Fərəhsə təəssüf ki sevgisinin qurbanı olub...Hərkəsin dilində bir cümlə "Sevgidə qürur olmaz" Amma bu əsərdədə gördük ki qürur olmazsa o sevgidə xoşbəxtlikdə olmaz. Fərəh bəlkə fərqində deyildi ama Sahiblə həyatını birləşdirərək əslində öz sonunu gətirdi, xoşbəxtliyinin qapısını bağladı. Kitabda Fərəhin evləndikdən sonra xoşbəxt olmadığı vurğulanmayıb bəlkədə amma çəkdiyi dərdi yaşadığı əzabı iliklərimə qədər hissetdim deyə bilərəm. Bu hekayədə ən çox yanan Fərəh oldu.... Kitabda ən çox sevdiyim qisimlər isə yazardan qeydlər olan hissəydi .Kaşki o hissələr daha uzun tutulsaydı.Kitabın sonunu elə gözləmirdim>.< bir yandan təəssüf etdim, bir yandanda aşırı sevdim. Bu cür sonluqlara aşiqəm ♡.♡Normalda 10/9 verəcəkdim amma o sonluğa görə 10☆ haketdii sonuna qədər♡.♡ Qüsursuz kitab yoxdur!! Qüaurlarıyla sevin kitabları!! Kitabla qalın!Salamat qalın♡♡
Azerbaycan Edebiyatı
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Puan vermedi·220 syf.··
2023 19. kitabı
·
5 günde okudu
·
Okunma: 26 Temmuz 2023 00:00
Sonsuz... Bir söz hər şeyi ağuşuna alıb həyatları məhv edəcək qədər, insanları bir- birindən ayıracaq qədər uzundur. Əsər olduqca maraqlı və axıcıdır. Romanın duyğulara xitab etməsi əsəri daha oxunaqlı qılır. Yaradanın biz canlılara bəxş etdiyi ən gözəl duyğu məncə, sevməkdir. Bir insan insanı, digər canlıları, bir gülü, bir torpağı, balaca bir uşağın ağ vərəqə çəkdiyi rəsmi qısaca qəlbinə yol tapan hər bir şeyi sevmək iqtidarına malikdir. Vəə belə gözəl duyğunu ancaq nəfsimizə yenilərək xəyanət edərək məhv edə bilərik. Əsərdə də bu açıqca göstərilib. Sahib nə qədər Kristinanı sevsə belə, o da nəfsinə uyur. Tam da o andan sonra çıxılmaz bir labirentin içinə düşür. Öz sevdiyi qadından və övladlarından sonsuza qədər ayrı düşür. İnsanların sevdiklərindən ayrı düşməsi düşüncəsi belə narahat edici bir hissdir. Təəssüfki bu hissi bütün iliklərinə qədər hiss edən əsərdəki Sahib obrazı olmuşdur. Bununla belə bir daha anlamış olduq ki, Xəyanət nəfsin bir oyunudur. Ona aludə olan əsla xoşbəxtlik tapa bilməz. Həm keçmişini həm də gələcəyini itirir. Əsərdə başqa diqqətimi çəkən məqam isə yazıçının öz fikirlərini də qeyd etməsi idi. Hər cümləsi fərqli hisslərə qapılmağa, öz duyğularımızı, həyatımızı yenidən kontrol etməyimizə imkan yaradır.
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Tənhalıq,sonsuzluqdan da betərmiş
9/10
·220 syf.··
Beğendi
·
2023 3. kitabı
·
20 saatte okudu
·
Okunma: 26 Haziran 2023 09:49
O qədər qorxurdum ki sonu pis biticək deyə əgər elə bitseydi özümü asardım o dərəcə . Əsasən kitabda alıntı sözlər yox idi . Buna çox heyifslənirəm . Yaxşı ki pdfdən oxumuşam. Amma bəzən gözümün dolduğu, ağladığım isyan etdiyim səhnələr oldu. Əsasən sinir krizleri idi . Əsasən kitabda yazarın qeydləri çox xoşuma gəldi Yəni belə baxanda 10 üzərində 9 puan verirəm . Həm də kitabın ən axrında nömrə var idi sabah bəlkə ya da o bisi gün zəng edəcəm . Kitabı oxuyan biri anlayar nə demək istədiyimi. SonsuzSonsuz Əli RzazadəƏli Rzazadə
Hayat
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Sonsuz
9/10
·220 syf.··
Beğendi
·
2023 26. kitabı
Əsər axıcı olmaqla yanaşı həm də cəmiyyətin istənilən fərdi tərəfindən başa düşüləcək şəkildə yazılıb . Əsərdə duygu və hisslərin çoxundan istifadə edilməsi əsərə daha da marağ qatır ,əsərin yarısına qədər Sahib obrazına nifrət aşılayırdım... Lakin Sahibin Fərəh haqqında dediyi ifadə " o an mən anladım ki, əsl sevgi insanı bütün çirkinliklərilə birlikdə qəbul etməkdən ibarətmiş"... - bu cümləni görənə qədər ,Sahibə nifrətimin yaranması isə əsərin başlanğıcında olan Fərəhin duygularını heçə sayması olmuşdu. Əsərdə Anaitin- hiyləgərliyi , Kristinanın - qüruru , Sahibin nəfsinə hakim olmaması , yaxınlara doğmalara qarşı özləmin təsviri möhtəşəm idi .
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Yalnızlıq sonsuzluqdan da betər imiş..
9/10
·220 syf.··
2023 13. kitabı
·
4 günde okudu
·
Okunma: 23 Eylül 2023 13:14
Uzun müddətdən sonra bu tərz kitab oxumaq mənə çox yaxşı gəldi.Belə kitabları "çərəz" kimi oxuna bilər deyə düşünürəm.Əsərdə Sahibin öz hisslərinə hakim ola bilməməsi sevmədiyim məqam idi.Kitabdan sonsuz sayda alıntılarım oldu.Birini də paylaşıram. Fərəhdən sonra mən əsl sonsuza, kimsəsizə çevrildim. O, ölənə qədər bilmədi ki, tənhalıq sonsuzluqdan daha betərdi. Amma, mənə öyrətdi bunu... Öldü getdi, məni bu dünyada tənha qoydu..
Edebiyat & Roman
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Puan vermedi·220 syf.·
2023 12. kitabı
Və həyatın acı taleyini yaşamış bir obraz daha... bir an kaş ki bunlar baş verməyəydi, həyat öz axarı ilə getsəydi dediyim anlar oldu. Əsərdə sevdiyini hər şəkildə qəbul edə bilən, güclü qadın obrazı, Fəridəni də oxuduq. Sonda bütün baş verənlər hadisələrdə bütün əsər gözümün qabağından keçdi, buruq bir gülümsəmə ilə əsəri bitirdim:)
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Puan vermedi·220 syf.··
2025 5. kitabı
·
6 saatte okudu
·
Okunma: 19 Ocak 2025 15:49
Daha öncə bir kitabın sonlarını ağlayaraq bitirdiyimi xatırlamıram.Çox axıcı ,gözəl bir dillə yazılıb.Və hardasa eşitdiyimiz reallıqlarla səsləşir.Düşünürəm ki,bu əsər doğrultusunda müasir yazıçılarımıza da şans vermək lazımdır.Sadəcə əsərin sonunu daha da tamamlanmış şəkildə istəyərdim.Mən də elə təəssürat yaratdı ki,əsərin davamı hələ də var.Bəlkə də bunu yazıçı oxucu təxəyyülüylə tamamlanmağını istəyib.İçərisində ki,yazıçıya məxsus alıntılarda əsərə daha məna qatıb.Hər kəsin özünə öyüd kimi götürə biləcəyi ,yolunu aydınladacağı şəkildədir.
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma
Puan vermedi
Romanda öz doğma qızlarından otuz ildir ayrı düşmüş, el arasında "sonsuz.." kimi tanınan tənha bir qocanın iztirablı, həsrət dolu həyatından bəhs edilir... O, həyatın ona məcburən damğaladığı "sonsuz" ünvanının yükünü otuz ildir qamçılanaraq, yerə qoymadan daşıyır. O, ümid edir ki, sonu naməlum olan çıxdığı yolda bu yükü ondan götürərək "sonsuzluğa" yuvarladacaq bir qəhrəman mütləq gələcək.
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma

Yazar Hakkında

Əli RzazadəYazar · 0 kitap
Əli Rzazadə 23 may 1981-ci ildə Masallı rayonunda dünyaya göz açmışdır. Uşaq yaşlarından şərq mədəniyyəti ilə maraqlanan Əli Rzazadə şərşünaslıq fakültəsinə daxil olmuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra isə təhsilini Misirin Cənub Vadi Universitetində davam etdirmişdir. İxtisasca şərq dilləri üzrə mütəxəssis, tərcüməçi və ilahiyyatçıdır. Bir çox beynəlxalq konfrans və tədbirlərdə iştirak etmişdir. Ərəb ölkələrinin dövrü mətbuatında məqalələri və müsahibələri dərc olunmuşdur. Ərəb və fars dillərindən bir çox tərcümələri vardır. Əli Rzazadə ilk dəfə Qarabağ həqiqətlərini xüsusilə Xocalı faciəsini əks etdirən ərəbcə kitab yazmış, kitab bir neçə ərəb ölkəsində oxucu auditoriyasına təqdim edilmişdir. Bununla yanaşı “Yağış”, “Sonsuz”, “Nurdan Zərrələr”, “Mənəvi Dəyərlər və Ətraf Mühitin Mühafizəsi”, “Səmaya Qayıdan Yazı”, “Onun Hekayəsi” adlı əsərlərin müəllifidir. Əli Rzazadə hal-hazırda Sumqayıt Dövlət Universitetində öz pedaqoji fəaliyyətini davam etdirir.