Tahmini Okuma Süresi:
7 sa. 8 dk.
Sayfa Sayısı:
252
Basım Tarihi:
2015
Yayınevi:
Bakı, OL MMC
ISBN:
9789952494563
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

Puan vermedi
Təlim-tərbiyə işinin təşkilində dini-mənəvi maarifləndirilmənin də rolunu xüsusi qeyd etmək lazımdır. Bütün əxlaqi kateqoriyaların şərhi yolu ilə gənclərə sağlam həyat tərzi, düzgün yaşam fəlsəfəsi təbliğ olunmalı, milli-mənəvi və bəşəri dəyərlərə sadiqlik prinsipi önə çəkilməlidir. Gənc nəslin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Əli Rzazadənin müəllifi olduğu "Yağış" romanı gənclərin mənəvi dəyərlər istiqamətində tərbiyələnməsi və düzgün dini-mənəvi biliklər əldə etməklə xurafat və mövhumatdan uzaqlaşaraq elmə və biliyə söykənən fəlsəfi biliklər əldə etmələrinə yardımçı olur. Əli Rzazadə ixtisasca şərqşünasdır və şərq fəlsəfəsini orijinal dillərində oxuyaraq dərindən mənimsəmişdir. O qələmə aldığı əsərlərində şərq fəlsəfəsinin incilərinə toxunur və oxucusuna müxtəlif üsullarla təqdim edir.
YağışƏli Rzazadə · Bakı, OL MMC · 201518 okunma
Reklam

Yazar Hakkında

Əli RzazadəYazar · 0 kitap
Əli Rzazadə 23 may 1981-ci ildə Masallı rayonunda dünyaya göz açmışdır. Uşaq yaşlarından şərq mədəniyyəti ilə maraqlanan Əli Rzazadə şərşünaslıq fakültəsinə daxil olmuş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra isə təhsilini Misirin Cənub Vadi Universitetində davam etdirmişdir. İxtisasca şərq dilləri üzrə mütəxəssis, tərcüməçi və ilahiyyatçıdır. Bir çox beynəlxalq konfrans və tədbirlərdə iştirak etmişdir. Ərəb ölkələrinin dövrü mətbuatında məqalələri və müsahibələri dərc olunmuşdur. Ərəb və fars dillərindən bir çox tərcümələri vardır. Əli Rzazadə ilk dəfə Qarabağ həqiqətlərini xüsusilə Xocalı faciəsini əks etdirən ərəbcə kitab yazmış, kitab bir neçə ərəb ölkəsində oxucu auditoriyasına təqdim edilmişdir. Bununla yanaşı “Yağış”, “Sonsuz”, “Nurdan Zərrələr”, “Mənəvi Dəyərlər və Ətraf Mühitin Mühafizəsi”, “Səmaya Qayıdan Yazı”, “Onun Hekayəsi” adlı əsərlərin müəllifidir. Əli Rzazadə hal-hazırda Sumqayıt Dövlət Universitetində öz pedaqoji fəaliyyətini davam etdirir.