Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sonsuz Sözleri ve Alıntıları

Sonsuz sözleri ve alıntılarını, Sonsuz kitap alıntılarını, Sonsuz en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Nə vaxtsa kitab oxuyarkən özünüzü hansısa bir obrazın yerində təsəvvür etmisinizmi? Və ya hansısa bir əsərin qəhrəmanı ilə görüşüb ona öz ürək sözlərinizi (bu tənqid də ola bilər) demək arzusunda olmusunuzmu?
Sayfa 216Kitabı okudu
Reklam
Vəə Son...
Çalışaq, heç kimin həyat kitabında mənfi obraz rolunu oynamayaq. Yaxşı olan özümüzü tapana qədər dəyişək. Hətta başqalarının həyat kitabının qəhrəmanına çevrilək. "
Sayfa 217Kitabı okudu
Biz sizi çox yaxşı tanıyırıq...
"Sən biz erməniləri tanımırsanmı? Ola bilərmi ki, biz sevdiyimiz birinin ailəsini, onun isti ocağını söndürək?"
Sayfa 103Kitabı okudu
Öz əlimizlə dəyişilməsi mümkün olmayan bir şey üçün dərd çəkmək, sadəcə, ağılsızlıqdır.
Sayfa 175Kitabı okudu
Reklam
İnsanı kitaba bənzədirəm. Yaşadıqca hələ bitməyən, öldüyü zaman isə son nöqtəsi qoyularaq bağlanan kitab. O kitab ki, heç vaxt müəllifi onu başdan axıra qədər oxuya bilməyəcək. Çünki, kitabın axırı çatdısa, artıq müəllif həyatda olmur. Lakin bu, kitabın sonu anlamına gəlmir, onu başqaları da oxuyur. Hər saatı bir sətir, hər günü bir səhifə, hər mövsümü bir fəsil..
Sayfa 215Kitabı okudu
Necə qəribədir... Axı, indi gözünün önündə dünyanın bütün dərdlərini çiyinlərində, üst-başında, bəlkə də, əlbisəsinin ciblərinə yığıb daşıyan bir insanı ilk baxışdan niyə anlamaq olmasın? Axı, biz insanların dərdini niyə onları danışdırandan sonra görür, danışmasalar anlaya bilmirik?
Sayfa 166Kitabı okudu
Bəzən xəstəliyin də sərhədi olmaz, o, uzaq yaxın tanımaz.
Sayfa 159Kitabı okudu
Kaş...
Kaş, gözəllik insanların daxilindən qaynaqlanaydı və hər bir gözəl insanın zahiri kimi daxili də gözəl olaydı. Kaş, daxili murdarlıqdan ibarət insanların görkəmləri də daxillərindən fərqļənməyəydi, Məhz o zaman yaxşı insanlar kimlərlə oturub-durmaq, kimlərlə münasibət qurmaq və kimləri sevməyin lazım olduğunu bilərdilər. Heç vaxt aldanmazdılar.
Sayfa 201Kitabı okudu
459 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.