Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

351 syf.
10/10 puan verdi
·
6 günde okudu
Oxuduğum ən təsirli əsərlərdən biri də "Sonuncu ölən ümidlərdir" əsəridir. Bəlkə də, məni bu cür təsirləndirməsi əsərin yazıçı təxəyyülü deyil də, həqiqi həyat hekayəsi olmasıdır. Nailənin başına gələnlər dəhşətdir,bu faciəni ifadə edəcək kəlimələr tapa bilmirəm. Amma Nailəyə də bəraət qazandıra bilmirəm,hər nə baş verirsə versin insan gərək şərəfiylə, namusuyla yaşasın. İlk olaraq İlqara acıq olsun deyə bu yola addım atdı,atmaya da bilərdi. Bu əsərdə müqəssirin kim olduğunu axtarırıqsa , əslində hər kəs müqəssirdir. Nailə,İlqar, Nailənin ata-anası, Səidə, Ruqiyyə, Abbas kimi şərəfsizlər və s. Nailə həbsdən çıxandan sonra hər kəsdən qisas alır ,amma İlqar və Səidədən qisas almamalıydı. Onsuz da onlara məxsus olan sərvəti onlardan alaraq qisas almışdı , həmçinin Allah onun qisasını almışdı. Ailələri bədbəxt idi, yeməyə bir tikə çörək tapmırdılar. Belə bir atalar sözümüz var " yıxılana balta çalmazlar" ancaq sən baltanı dibdən vurdun,Nailə. Sən heç nəyi düşünməsən də , Səidənin 3 körpə balasını düşünməliydin, Səidə və İlqarı o balalara görə bağışlamalıydın. Bəlkə də, vicdanını rahatladırsan ki, hər cür maddi yardımı göstərirəm. Amma hər şey maddi yardımla həll olmur ki.Bəs onların çox ehtiyacı olduğu ana qayğısı? O qayğını kim onlara göstərəcək!? Körpə uşaqları ata-anasız qoydun,bir ailəni bədbəxt etdin. Bəlkə də, sənə bəraət qazandırardım,amma sonda etdiyin heç bir məntiqə sığmır. Tək diləyim heç kəsin başına belə bir faciənin gəlməməsidir. Oxudum və çox təsirləndim, oxumayanlara da tövsiyə edərdim ki oxusunlar. ...Sonuncu ölən ümidlərdir...Bəlkə, ümidlər, ümumiyyətlə heç ölmürlər, insan öldükdən sonra da onun ruhunun içinə çökürlər?Sonra da ruhla birgə yaşayırlar?...Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?...
Sonuncu Ölən Ümidlərdir
Sonuncu Ölən ÜmidlərdirVaris · Qanun · 20101,005 okunma
·
2 artı 1'leme
·
500 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.