Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

122 syf.
·
Puan vermedi
·
4 günde okudu
"Hərbistan" incələməsini sevə - sevə etdiyim bir kitab oldu. Bəzi kitablar var ki, heç bitməsin istəyirik. Məhz bu kitabda heç bitməsini İstəmədiklərimdən biri oldu. Buna səbəb yazıçının məharəti olduğunu deyə bilərəm. Hansı cümlə ilə oxuyucuya necə təsir edəcəyini çox yaxşı bilir. Öncəliklə burdan gənc yazarımıza
Asəf Hüseynov
Asəf Hüseynov
uğurlar arzu edirəm. Kitabınız bool oxuyuculu olsun insAllah. Həyatınız boyu Allah arzu etdiyiniz bütün xoşbəxtlikləri xeyirli bir şəkildə yaşamağı nəsib etsin. Kitaba gəldikdə: Kitabı oxuduqca hər bölümdə maraqlı hadisələrin olması diqqətimi daha çox çəkdi. Bəzi məqamlarda belə gözlərim doldu. Yazıçı hissləri, duyğuları o qədər mükəmməl işləyibki... İnsanın özündə əskik hiss etdiyi cümlələrlə qarşı - qarşıya gəldiyi an öz yaşanmışlıqları, bəlkə də bir zamanlar cavabını tapa bilmədiyi, özünə verdiyi suallar insanı bir xeyli düşündürür. Xoşbəxtlik hər birimizin içindədir.... Bəzən sadəcə, onu tapmaq üçün bir anlıq insan özünü dinləməlidir. Mənəviyatmı yoxsa maddiyatmı onu xoşbəxt edir. Ya da bunları verən kəslər. Bizi xoşbəxt edən bəzən sevdiyimiz insanlar, onların dəstəyi, Allah'a olan bağlılığımız, balaca bir uşağın gülümsəməsi, yağışın səsi, oxuduğumuz bir kitab, bəlkə də sadəcə mavi səmaya baxmaq belə insanı xoşbəxt edə bilir. Bu yazdığım düşüncələrin sayı "n" qədərdir. Bu saydıqlarım hər birimizə görə müxtəlifdir. Və burda əsas rol Özümüzük sadəcə görmək və hiss etmək gərəkdir. Yaşadığımız bu həyat bəlkə də birilərinin xəyal edib xoşbəxt olacağını zənn etdiyi həyatdır. Kim bilə bilər. Əsəri mütaliə edib bitirdikdən sonra ən sevdiyim şeiri dinlədim. Bunu etməyimə səbəb nə oldu bilmirəm. Xoşbəxtliyin mücərrəd anlayış olduğunu bilirik. Ancaq nəyin bizi xoşbəxt edəcəyini daha doğrusu bizi xoşbəxt edən hər bir şeyin həqiqətəndə bizim xoşbəxtliyimiz olduğunumu zənn edirik? Bu möhtəşəm kitabın incələməsini bu misralar ilə bitirmək istədim. Mən bütün filmlərə ağlamışam, bilirsən? Həm də mühüm bir şeyi anlamışam, bilirsən, Bir xoşbəxtlik görəndə niyə ağlayır adam? Bir gün xoşbəxt olmağa ümid bağlayır adam. Sən xoşbəxt sonla bitən filmə ağladınmı heç? Sən xoşbəxt adamlara həsəd apardınmı heç? Sənin də ürəyindən xoşbəxt olmaq keçdimi? Sevilmək istədinmi xoşbəxt adamlar kimi...? Mənə görə xoşbəxtlik isə Allahın bizə bəxş etdiyi hər bir şeydə görürəm. Ən böyük xoşbəxtliyim isə məni yaradanın məni yalnız qoymayacağını dərk etməyimdədir.
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202339 okunma
··
490 görüntüleme
Asav.Huseyn okurunun profil resmi
Bu gözəl və bir o qədər də dəyərli fikriniz üçün minnətdaram! Fikrinizin səmimiliyinə qəlbdən inanıram və bu həqiqətən məni çox xoşbəxt edir. 🙂 Gracias 👏
Gülay Ehmedli okurunun profil resmi
Gözəl yorumunuz üçün məndə sizə təşəkkür edirəm.✨ Təkrardan uğurlar diləyirəm sizə, yolunuz açıq olsun🌼✨
Xanım İsmayılova okurunun profil resmi
Fikirlərinizi çox aydın çatdırmısınız, təbriklər. Fikirlərinizə qatılıram. Doğrudan da kitab heç bitməsin istəyirdim) Hətta son 20 səhifəsini 2 saata oxumuşdum ki gec bitsin😃
Gülay Ehmedli okurunun profil resmi
Təşəkkür edirəm 🌼💙
Fiii’ okurunun profil resmi
O kadar güzel alıntılar paylaşıyordun ki ben bile bitmesini istemedim))
Gülay Ehmedli okurunun profil resmi
Teşekkür ederim 😘🌼 Begenmene sevindim
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.