g

Genç yazar

0 üye
Takip
Adının haqqını verən kitab
10/10
·250 syf.··
Beğendi
·
2023 1. kitabı
Başlığa "Adının haqqını verən kitab" yazmağım əbəs yerə deyil. Kitab sanki oxucunu doğurdan da bir qarmaqarışıqlığın içinə atır. Kitabın bu platformaya əlavə edilməsini, oyatdığı hisslər, aşılamağa çalışdığı fikirlər, duyğular, cəmiyyətimizin acı reallıqları kimi bir sıra düşüncələri sizinlə də paylaşmaq üçün uzun müddət idi ki gözləyirdim və nəhayət beynimdəki *qarmaqarışıq düşüncələrimi sizinlə də bölüşə biləcəm. Güvən, dostluq, təhsil sistemi və bizim adiləşdirdiyimiz, amma insanı dəhşətə gətirən toplum. Yazarımız öz kitabında bu kimi günümüzün ən güncəl, ən aktual məsələlərinə də yer verir. Və bu mövzulardan danışılan kitablara daha çox ehtiyacımız olduğunu düşünürəm. Təbii ki bir dərs çıxarılacağı halda ehtiyacımız var. Səbəbini bilmirəm, amma məndə gənc yazarlara qarşı antisimpatiya demiyək, amma buna bənzər bir hiss vardı. Sanki sadəcə kitab yazmaq üçün kitab yazırmışlar kimi gəlirdi mənə, ancaq bu səddi yıxan ilk öncə Asəf Hüseynov oldu)) Təbii ki Nəimi bəyin də bunda böyük və danılmaz rolu oldu) Fikrimcə gənc yazarlar daha çox realist olurlar, daha çox günümüzün qlobal mövzularına xitab edən əsərlər yazırlar. Düzünü desəm ilk başlarda süjet xətti çox sıradan gəlmişdi mənə və bunun da səbəbi ilk başlarda dediyim kimi gənc yazarlara qarşı olan önyargım olduğunu düşünürəm. Hər bölüm, hər fəsil oxucuda daha da maraq oyadır. Nəimi bəy tənqidə açıq olduğunu, incələməmdə tənqidə də yer verə biləcəyimi demişdir, lakin ümumi qiymətlədirməyə qalsa tənqid olunacaq bi şey yoxdu. Yəni ən azından mən olmadığını düşünürəm. Tək problem kitabın yarımçıq olmağıdır, əslində yarımçıq demək də düzgün olmaz, bunu o halda deyə bilərik ki üzərindən illər illər keçsin və hələdə 2. kitab biz oxuculara təqdim edilməsin. Ümid edirəm ki çoxda gecikməz. Kitabın süjet xəttini bəyəndim,
Genç yazar
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024164 okunma
Xoşbəxtlik sevdiyini əldə etmək deyil, Əldə olanı sevməkdir.
10/10
·122 syf.··
Beğendi
·
2023 77. kitabı
·
26 saatte okudu
·
Okunma: 28 Haziran 2023 19:16
Bu kitab haqqında səmimi incələmə yazmaq istəyirəm. Doğrusu başda hər şey çox sıradan gəldi. Yəni ilk səhifəsini oxuyanda sizə "yenə sıradan hərbi hekayə" deyə düşünməyə imkan verir. Kitabın üstümdə bu qədər təsir buraxmasını doğrusu gözləmirdim. Bilmirəm, bəlkə də bunun səbəbi mənim çox emosional olmağımdır yaxud başqa bir səbəbəbdirmi, deyə bilmərəm. Kitabda yazar bir çox mövzulara toxunur. Amma əsas mövzu 8 anonim ölkədən, 8 xüsusi təyinatlıya verilən tapşırıqdan ibarətdir. Bu tapşırıq isə "Dünyada xoşbəxtliyi axtarıb tapmaq" dan ibarətdir. Bəli, qəribə səslənə bilər. Xoşbəxtliyi tapmaq. Mücərrəd, xəyali bir məfhumu axtarmaq. Fikrimcə bunu bacarırlar. Düzdür, hər biri xoşbəxtliyi fərqli yerlərdə görürlər. Və bunun səbəbinin hər birinin fərqli xarakterə sahib olmasında və bu səbəbdən də hər birinin mövzuya fərqli pəncərədən baxmasında görürəm. Kitabı ailə üzvlərimə də oxutdum. Və yaxşıki də oxutdum. Sonra kitabı təhlil edəndə onlarında xoşbəxtliyi bambaşqa şeylərdə gördüyünü anladım. Əslində kitabın bu qədər gözəl olmağı bir qədər də oxucuda təəccüb hissi oyadır. Bunun səbəbi kimi həm yazarın çox gənc olması, həm də ilk əsəri olmasını səbəb göstərmək olar. Yazıçımızı bu səbəbdən təbrik edirəm və eyni zamanda məqsədinə yəni düşüncələrini oxucuya çox rahat bi şəkildə çatdırdığını düşünürəm. Əksər yazıçılarda olmasada bir sıra yazıçıların özünəməxsus "yazıçı dili" olur və Asəf bəyində öznəxas sadə və çox gözəl yazıçı dilinin olduğunu düşünürəm. Uğurları daimi və davamlı olması diləyilə. Kitab xoşbəxtlik axtarışında olanlar üçün çox ideal bir kitabdır)) Təəssüf ki, kitab çox kiçik həcmlidir( Amma bunun 10/10 verməməyimə əsaslı bir səbəb olmadığını düşünürəm Və sonda Asəf HüseynovNəimi yə kitabı əldə etməkdə mənə kömək etdikləri üçün hər ikisinə də təşəkkür
Genç yazar
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma