h

Hərbistan

0 üye
Takip
10/10
·122 syf.··
Beğendi
·
2023 53. kitabı
·
22 saatte okudu
·
Okunma: 11 Ağustos 2023 19:24
Hər kəsə salam! Kitabı nə tez bitirdim deyə məyus oldum. Bəli , müəllif çox düzgün vurğulayıb, xoşbəxtlik sevdiyini əldə etməkdə deyil, əldə olanı sevməkdədir. Məncə, biz insanlar əlimizdə olanların nankoruyuq. Əlimizdə olanlara görə Allaha şükür etmək əvəzinə hələ bir də taleyimizdən şikayətlənirik. Xoşbəxtlik insanın ətrafdakılara necə baxdığından asılıdır, xoşbəxt olub da bunu görməmək üçün gözlərini bağlayan insanlar da vardır. Müəllif həm öz fikirləri, həm də dahi filosoflardan gətirdiyi sitatlardan xoşbəxtliyi çox gözəl izah etmişdir. İlk əvvəl oxuyanda kod adlar filan mənə "Enkaz altındakiler" kitabını bir balaca xatırlatdı. Əsərin belə gözəl davam etməsi, süjet xətti məni əsərə bağladı. Yazıçı Asəf Hüseynov'a yazıçılıq fəaliyyətində uğurlar arzulayıram, İnşəAllah yeni qələmə alacağı əsərlərdə bir də görüşərik. Hər kəsə bu dəyərli kitabı oxumağı tövsiyə edirəm, oxusanız peşman olmazsınız. Xoşbəxtlik hər zaman sizlərlə olsun...
Hərbistan
HərbistanAsəf Hüseynov · Qanun Nəşriyyatı · 202365 okunma