Gönderi

Cinayətkarlar...
"Teymur son zamanlar apardığı müşahidələrdən, əlində olan faktlardan, dəlillərdən çıxartdığı nəticələri ümumiləşdirib cinayətkarları əsasən iki qrupa bölmüşdü. Birinci təsadüfi cinayətkarlar idi, daha doğrusu, onlar ayrı-ayrılıqda, yaxud, iki-üç nəfər bir yerdə hərəkət edir, ya xırda oğurluqlar, ya da gizli alverlə məşğul olurdular. Onlar bərkə düşəndə təqsiri öz boyunlarından atıb, yoldaşlarının üstünə salır və bir-birini ələ verirdilər. Onları üzləşdirəndə az qalırdılar canavar kimi bir-birini boğsunlar. Belələri müstəntiqin işini demək olar ki, olduqca asanlaşdırırdı. Amma ikinci qrup cinayətkarlar çox təcrübəli, həm də qorxulu idilər. Bunlarla iş aparmaq da son dərəcə çətin idi. Əgər onlar cinayət üstündə tutulurdularsa, yaxud cinayətkar olduqları sübut edilirdisə, məsələni uzatmırdılar, "Bu işi mən görmüşəm, tək mən görmüşəm"- deyə başqalarının da təqsirini öz boyunlarına alır, müstəntiqin və əməliyyat işçilərinin fikrini yayındırmağa çalışır, çox vaxt buna müvəffəq ola bilirdilər. Teymurun düşündüyünə görə, bu səbəbdən də böyük bir dəstədən cəmi iki-üç nəfər ələ keçir, qalanları isə azad gəzir, həbsə alınmış yoldaşlarına və ailələrinə kömək edirdilər. Özü də Teymura elə gəlirdi ki, ikinci qrupa mənsub cinayətkarların istintaq zamanı verdiyi cavabların xarakteri də bir-birinə çox yaxın və uyğundur. Elə bil, bu adamlar bir müəllimdən dərs almışdılar. Elə bil, onlar yazılmamış, lakin möhkəmcə qəbul olunmuş gizli bir nizamnaməyə riayət edirdilər. "Mən deyirəm ki, bu işi mən görmüşəm, məndən başqa heç kəs olmayıb, inanmırsınız, axtarın, tapın, sübut edin" "
Sayfa 132 - 6Kitabı okudu
·
29 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.