Gönderi

Çarli və Şokolad Fabriki
Puan vermedi·192 syf.··
2023 2. kitabı
Gəlin Çarli ilə birlikdə şokoladdan daha ləzzətli bir macəraya çıxaq.(DİQQƏT SPOİLER VAR) Bu kitab xüsusilə uşaqların diqqətini çəkə biləcək macəra dolu, səmimi dildə yazılmış bir kitabdır. Uşaqlar bu kitabı oxumaqla həm əylənəcək, həm də öyrənəcəklər. Hər şey şokolad yeməyi çox sevən Çarli və ondan daha da çox sevən Co babanın şokolad sevgisindən başladı. Baket'lər ailəsi 2 nənə, 2 baba, ata, ana və balaca Çarlidən ibarəttir. Onlar böyük bir şəhərin kənarında balaca taxta bir evdə yaşayırlar. Evdə bir tək Mr.Baket işlədiyinə görə bütün ailəyə onun maaşı ilə baxmalı olurlar. Və Mr.Baket diş pastası fabrikində işləyir, son zamanlar isə işlər heç yaxşı getmədiyindən fabrik bağlanmaq təhlükəsi ilə üz-üzə qalır. Çarlinin ailəsi yoxsul bir ailədir. Bir qarın ac, bir qarın tox yaşayırlar. Ona görə də Çarli şokoladı nə qədər çox sevsə də, yalnız ildə bir dəfə, o da ad günü vaxtı yeyə bilir. Məktəbdə uşaqlar qəlyanaltı üçün şokolad yeyəndə yazıq Çarlinin ağzı sulanır. Ən dəhşətlisi bilirsiniz nədir? Çarlinin yaşadığı küçədə nəhəng bir şokolad fabriki var. Cənab Villi Vonkanın şokolad fabriki. Hər məktəbdən gələndə ərinmiş şokoladın iyi Çarlini bihuş edir. Çarli o fabrik haqqında çox şey öyrənmək istəyir ona görə də Co babaya bu haqda suallar verir. Məlum olur ki Mr.Vonka bir neçə il əvvəl bütün işçilərini çıxarıb çünki, başqa fabriklərin adamları Vonkanın fabrikinə casuslar göndərib möcüzəvi reseptləri öyrənmək istəyir. Son zamanlarda yenidən fabrik istifadəyə verilir, ancaq heç kim orada hansı fəhlələrin işlədiyini öyrənə bilmir, axı cənab Vonka hərkəsi işdən çıxarmışdı. Bir neçə gün sonra qəzetlərdə elan verilir.5 uşaq cənab Villi Vonka ilə fabriki gəzmək imkanı və bütün ömrü boyu onlara yetəcək qədər şirniyyat qazanacaq. Bunun üçün onlara 5 qızıl biletdən birini tapmaq kifayət edər. Bu biletlər dünyanın hər yerində, istənilən mağazada və hər hansı Vonka şokoladının içində ola bilər. Görən bizim balaca Çarli biletlərdən birini tapa biləcəkmi?
Çocuk Edebiyatı
Çarli və Şokolad FabrikiRoald Dahl · Qanun Nəşriyyatı · 201913,2bin okunma
··
74 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.