Gönderi

328 syf.
6/10 puan verdi
·
Read in 5 days
Məşhur yazarımız Wulf Dorn bu əsərində əsas mövzu olaraq uşaqları ələ almağa çalışıb. Uşaqlar bu dünyada ən məsum, təmizürəkli varlıqlardır. Bəzən onların saf ürəklərini görüb deyirik ki, "Kaş dünyanı uşaqlar idarə etsəydi." Amma biz insanlar indiyə kimi uşaqlara əziyyət verməkdən başqa nə etdik? Əllərində oyuncaqlarını tutub, isti evlərində ailə sevgisi ilə böyüməli olan uşaqlar müharibələrdə öldürüldü, küçələrdə diləndirildi, hətta pul üçün uşaqlarının təcavüzə məruz qalmasına belə göz yumanlar oldu. Və bir gün bu uşaqlar bizdən qisas almaq və böyüklərin olmadığı bir dünyada yaşamaq istəsəydilər? Bunun necə olacağını heç düşündünüzmü? Kitabda toxunulan mövzu çox gözəldi. Etiraf etmək lazımdısa, oxuyarkən sıxıldığım hissələr oldu. Buna səbəb də tez-tez bir hadisədən, digər hadisəyə keçidlərin olması idi. Amma son 100 səhifədə kitab həyəcanverici olmağa başlayır. Mənə görə, kitabın sonluğu bir az havada qaldı. Yenə də oxumaqdan məmnun qaldım.
Travma
TravmaWulf Dorn · Pegasus Yayınları · 20172,172 okunma
·
93 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.