Gönderi

Şe'Ri- Züleyxa [DƏR BAREİ-] YUSİF ƏLEYHİS-SALAM
Budur ol sevgili cananim bənim, Budur ol məhbubi-cananım bənim. Budur ol eşqlə könlüm əgləyən, Canım içindəki sultanım bənim. Budur axır bəni avarə qılan, Budur ol dərdimə dərmanim bənim. Budur ol könlümü yəğma eyləyən, Canım olsun ona qurbanim bənim. Budur ol sultani-xubani-cəhan, Kim, bana göstərdi sübhanim bənim. Bunsuz uçmağə dəxi bən varmayım, Budur uçmaq huri-rizvanim bənim. Burdur ol dirligimin sərmayəsi, Xızri-Zində heyvanim bənim.
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.