Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

304 syf.
8/10 puan verdi
·
20 saatte okudu
Xüsusi mülkiyyət
Kitabın ilk yarısı olduqca maraqlı düşüncələrlə dolu, yalnız və yalnız sosializmin tənqidindən ibarətdir. Lakin bu tənqidlərdə çox zaman həqiqət payının olduğunu düşünürəm. Kitabın yarısından sonrası isə eyni düşüncələrin çeynənmiş formasını sərgilədiyi üçün və olduqca dayaz mövzuları əhatə etdiyi üçün maraqsız gəlməyə başlayır. Hər bir cümləsində kapitalizmə təriflər yağdırıb, sosializmi tənqid etməsini birmənalı qarşılamadım. Çünki düşünürəm ki, əgər sosializmin daxilində "yaxşı" adlandıra biləcəyimiz ideyalar olmasa idi, kapitalizm indi var olmazdı. Dialektik məntiqi qəbul edir və ziddiyyətlərin inkişafın təməl səbəbi olduğunu müdafiə edirəm. Xüsusilə də bu minvalda bir düşüncə tam doğru qəbul edilib digər düşüncə kənara atıla bilməz. Bu mənim üçün qətiyyən yol verilməz haldır. Hoppe isə sosializmi öz fikirlərilə təbir yerindədirsə "məhv etdiyini" düşünür. Özünü nə sağ nə də sol olaraq adlandıran bir insan olaraq kitab mənə heç də belə bir təəssürat bağışlamadı.
Sosyalizm ve Kapitalizm
Sosyalizm ve KapitalizmHans Hermann Hoppe · Liber Plus Yayınları · 201645 okunma
·
95 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.