Gönderi

200 syf.
6/10 puan verdi
·
Read in 6 days
Bataqlıqdan ağ zanbaqlar ölkəsinə...
Böyük gözləntilərlə və həvəslə başladığım kitabında sonuna gəldim. Kitabda illərlə əsarət altında qalmış Finlandiyanın necə bu bataqlıqdan xilas olduğunu aydın şəkildə görürük. Finlandiyalıların təhsilə verdiyi önəmi çox sevdim. Təhsili gücləndirməklə necədə gözəl yerlərə gəlmək olarmış....Ümumi kitab haqqında düşüncələrimə gəlsək, "Türkiyədə Qurandan sonra ən çox satılan kitab" cümləsini gördüyüm an kitabdan olan gözləntilərim pik nöqtəyə çıxdı. Amma çox təəssüf ki, yenə hərkəsin tərifləyə tərifləyə bitirə bilmədiyi kitablardan birini mən elədə bəyənmədim. Heç axıcı gəlmədi mənə kitab. "sürünə-sürünə" oxudum desəm yeridi. Ancaq "Qəhraman və kütlə" " Kazarma" bölümləri digərlərinə nisbətən babatıydı. "Valideynlər və uşaqlar" "Karokep" bölümü isə ən sevdiklərim oldu. Kitabın ən can alıcı və axıcı hissəsiydi. Qalan hissələr zorla birtəhər oxudum. O qədər sıxıldım ki bir çox səhifədə oxuduğumu anlamadığımın fərqinə varıb, həmin səhifəni başdan oxumağa başladım. Yenədə çatdırdığı fikirlər gözəl idi. Amma bizim ölkəyə görə birazda nağıl kimi gəldi.... kaş insanlarımızı o qədər asanlıqla özlərinə gətirmək olsaydı. Görəsən doğurdanda bataqlıq da olan ölkəni ağ zanbaqlar ölkəsinə çevirmək mümkündürmü? Görəsən bir gün bunu bacara biləcik? Qüsursuz kitab yoxdur. Qüsurlarıyla sevin kitabları. Kitabla qalın! salamat qalın!!!
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Qanun Nəşriyyatı · 201999.6k okunma
·
218 views
Rüqəyya Şükür okurunun profil resmi
Və kitabda gözümdən qaçmadı İsveç tapdağı altında olanda ölkə pis vəziyətdəydi Ancaq Rusiya tərkibinə qatıldıqdan sonra ölkə düzəlməyə başladı fikirləri yeridilib ortaya. Bunun səbəbi elə deyən yazıçının rus olmasıdır😂öz ölkəsini tərifləmək isdəyib deyən. Amma rus əsarətində olubda ölkənin özünü ələ alması gülməli faktıydı. Zamanında rus əsarəti altında olmuş xalq olaraq bilirik ki, rusya öz mədəmiyyətini ,öz dilini, öz inancını zorlada olsa aşılamağa çalışıb. Finlandiyada isə bunun əksinimi edib?😅😅 kitabda çox şişirtmələr vardı çox.... həm rusyayla həm isveçlə həm finlandiyayla bağlı..... əminəm bu mövzuyu bir finlandiyalının və ya bir isveçlinin qələmindən oxusaq daha fərqli şeylərlə qarşılaşardıq.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.