8/10
·532 syf.··
Beğendi
·
2023 19. kitabı
·
33 günde okudu
·
Okunma: 06 Mayıs 2023 14:36
Jo Nesbonun yazdığı Harry Hole kitablarını seriya şəklində səsli kitab kimi dinləməyə davam edirəm. (Hazırda kitab haqqında ümumi məlumat yazdıqdan sonra "spoiler"li fikirlərimi yazacam. Təbii ki, yenə əvvəlcədən bunu sizə bildirəcəm.) • Kızılgerdan bu seriyanın üçüncü kitabıdır. Bu kitabda Harry Hole ilk 2 kitabdan fərqli olaraq öz vətənində- Norveçdədir. Kitab ilk başlarda zaman keçidləri və haqqında heç bir məlumatımız olmayan Norveçli əsgərlərin ikinci dünya müharibəsi zamanı xatirələri ilə insanı çaşdırır və hadisələri başa düşməyi çətinləşdirir. Amma narahat olmayın bütün bu danışılan xatirələr sonda birləşir və bütün suallarınız cavabını tapır. • Kitabın ilk səhnələrində Harry və onun köməkçisi Ellen, Amerika prezidentinin Norveçə etdiyi səfər zamanı onun təhlükəsizliyi təmin edən polis əməkdaşlarından biridir. Bu zaman bir səhv və diqqətsizlik ucbatından öz işini edən Harry bir polisi vurur və onu yaralıyır. Nəticədə isə bu işi gizlətmək üçün onu fərqli bir mövqeyə keçirirlər. Artıq Harry burda tək başına və axır ki, istədiyi sakit həyatı yaşayacaqdır. Amma təbii ki, işlər burda bitmir. Ölkəyə çox təhlükəli sui-qəsd silahı daxil olur. Bu silahın nə üçün və kimi öldürmək məqsədi ilə gətirildiyi isə məlum deil. Dedektivimiz isə axtarış edərkən keçmişə, ikinci dünya müharibəsində iştirak edən insanlara qədər gəlib çıxır. • Əslində kitabda o qədər hadisə baş verir ki, məsələ bu dəfə sadəcə bir cinayət deil. Yəni dediyim kitab başladığı nöqtədən çox fərqli bir yerə gedir ona görə bu əlaqəli hadisələr barəsində nəsə danışıb kitabın maraqlı olan hissələrini korlamaq istəmir. Sadəcə onu deyim ki, bu kitabda da "Harry"nin başı dərtdən qurtulmur yenə və yenə yazar bizi bəzi nöqtələrdə çox kədərləndirir. ( SPOİLER ) Bu kitabda hadisələri təxmin etmək digər kitablara nisbətən daha çətin idi. Harry Hole kimi mən də qatilin Even Juul olduğunu düşünmüşdüm. Sonda isə qatil Gudbrand Johansen çıxanda şok oldum. Yoxsa Danielmi deməliyəm yoxsa Uriah ya da Sindre Fauke. Maşallah adam hər ad ilə yaşıyıb. Bir də mənim üçün bəzi adlar çox oxşar idi deyə bəzən lap aləm dəyirdi bir birinə. Təbii ki, müharibə psixolojiyasını yaşamayan başa düşməz amma gerçək həyatda da gördüyümüz kimi bu insanlarda müharibə daim travma kimi qalır. Onların intihar etməsi və ya bu kitabda olduğu kimi bir əsgərin özünə güclü bir yoldaşını nümunə götürüb onun kimi həyatına davam etməsi çox təəccüblü deil. Təbii ki, digər önəmli şey Harrynin axır ki, həyatına kitabın sonunda ölməyən sevdiyi bir qadın daxil oldu. Rakel Fauke. Təbii ki, onunla birgə qadının köhnə evliliyində olan uşağı Oleg. Təbii ki, yazar durarmı? Əlbəttə xeyr. Bir tərəfdən üzümüzü güldürdüyü üçün digər tərəfdən kədərləndirməlidi. Yəni yazar sənin bu qadınlarla nə problemin var əsla başa düşmürəm. Yenə kitabın əvvəlindən bizə sevdirdiyin Elleni öldürtməyi bacardın. Bu dəfə də Harry özünü günahkar hiss elədi bu dəfə də tam xoşbəxt olduğu vaxta sanki onun heç belə haqqı yoxmuş kimi alam dəydi bir birinə. Sonda da Ellenin cinayətinin səbəbkarı da ortaya çıxmadı onsuzda :( Ellenin ardından isə kitaba Harrynin köməkçisi kimi Halvorsen daxil oldu. Əvvəlki kitablardan olan Bjarne Moller kimi bu rolu da çox sevdim. Kitaba rəng qatırdılar.
KızılgerdanJo Nesbo · Koridor Yayınları · 2010945 okunma
·
117 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.