Puan vermedi·144 syf.··
2023 1. kitabı
Davamlı mütaliəyə başlarkən oxuduğum ilk kitab. Mini klassika seriyasına daxil olan bu kitabda edama məhkum edilmiş bir şəxsin edamdan əvvəlki günlərində yaşadığı hiss və düşüncələri öz əksini tapmışdır. Edama məhkum olunmuş şəxsin əsərdə adı verilmir. Onun bir balaca qızı var. Qız atasını son dəfə görə bilsin deyə onun yanına gətirirlər amma qız atasının tanımır. Məhkum çox pis olur. Mənə görə əsərin ən təsirli səhnəsi bu idi. V. Hüqo bu əsəri əslində edam qərarlarının ləğv olunmasi səbəbi ilə yazmışdır. O dövrdə edam cəzası kütləvi şəkildə yayılmışdı. Çox məhkum gilyotinle edam edilirdi. Əsərin sonunda belə bir səhnə var: Edam günü çatanda məhkum yalvarırdı heç olmasa bir az gözləsinlər. Bəlkə məhkəmədən əfv qərarı çıxar. Orda olan bir şəxs deyir: "Dayanmaq olmaz hava yağışlıdır.Gilyotinin bıçağı paslana bilər." Her kese oxumağı tövsiyyə edirəm.
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0152,8bin okunma
·
39 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.