Gönderi

80 syf.
·
Not rated
·
Read in 25 hours
Fyodor Dostoyevskinin " Utancaq qız" əsəri həqiqətən insan ruhuna çox təsir edir. Əsərdə çox çəkinən, utancaq bir qız var. Bu qız yetimdir. İki xalası ilə qalır. Ancaq qızın xalaları onunla çox pis rəftar edir. Hətta qızın hələ 14 yaşı var amma onu 50 yaşında bir bakkala ərə vermək istəyirlər. Ancaq bir səlimçi qızı çox sevir. Qızı bu çətin vəziyyətdən xilas etmək üçün,qızın xidmətçisi Lukeriyadan kömək istəyir. Qız bu səlimçi ilə evlənir. Əsəri oxuduqca görürük ki, onlar evli olsalarda aralarında bir - birinə qarşı soyuq rəftar var. Onlar bir - biriləri ilə çox az söhbət edirlər. Günlərin bir günü qız pis xəstələnir. Bu xəstəlik tam 6 ay çəkir. 6 ay ərzində səlimçi və Lukeriya qızın qayğısına qalırlar. Qız sağaldıqdan sonra onlar arasında münasibətlər yaxşılaşmağa doğru gedir. Qız ərinə söz verir ki, ona qarşı çox sədaqətli olacaq. İkicə saatlıq evdən ayrılan səlimçi geri qayıtdıqda evlərinin həyətinə çoxlu insanın toplaşdığını görür. Qız özünü pəncərədən ataraq intihar edib. Səlimçi və Lukeriya çox sarsılır. Qız nə üçün intihar etmişdi? Əslində müəllif bu sualın cavabını oxucuya buraxır. Bir oxucu olaraq mənim fikrimcə qız bəlkə də verdiyi sözləri yerinə yetirə bilməyəcəyinə görə öz həyatına son qoymuşdu. Hər oxucu müxtəlif cür düşünə bilər.
Utancaq Qız
Utancaq QızFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 20208.3k okunma
·
57 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.