Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

GECƏLƏR MƏNİ...
Dünyanın ən ağır yolu gecədir, dünyanın ən böyük sevinci səhər. Mənim çətinliyim mən ölüncədir, sonrası?.. Sonrası hər şey düzələr. Ən yaşlı adam da gecə uşaqdır, Tənhalar ölümlə vuruşur hər an. Gecələr zülmətə qərq olacaqdır, Tənhalar getsələr əgər dünyadan. Tənhalar əvvəldən olub utancaq, Mən də tənhalardan biriyəm, varam. Siz məni gecədən qoruyun ancaq sizi axşamacan mən qoruyaram. Qoruyun deyəndə, mənə zəng edin, söyün, hirsləndirin, yata bilməyim. Yuxumu qaçırıb məni dəng edin,- ölüm yuxusuna bata bilməyim,
Sayfa 175
·
492 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.