Gönderi

(Ramiz Rövşənin ənn sevdiyim şeirlərindən.) Soğan acısı...
Soğan soya - soya ağlayan qadın, Ömrün soğan kimi acıdır, acı. Mələksən, qırılıb qolun - qanadın, Dərdi verən Allah vermir əlacı. Gözündən süzülən yaşı kim silər? "Göz yaşı" dediyin nədir? ... acı su. Bir şirin öpüşlə başlar sevgilər, Sonunda həmişə soğan acısı. O öpüş yandırmaz dodaqlarını, Soyuyub od dolu o qucaq indi. Sayar bircə bircə barmaqlarını, Hər gecə yuduğun qab-qacaq indi. Gələr "ər" dediyin hər gecəyarı, Bir qaşıq xörəyin baxmaz dadına. Yuxuda dilindən qopan adların, Biridə bənzəməz sənin adına... Soğan soya soya ağlayan qadın, Gözünün yaşını silə bilmərəm. Neyləyim mən sənə özgəyəm, yadam, Neyləyim yanına gələ bilmirəm. Bir sevgi gəzirəm dünyada mən də, O sevgi hardadır? Bilmirəm ancaq. ... Kim soğan soyacaq mənim evimdə, Soğan soya soya kim ağlayacaq?!
Sayfa 413 - Ramiz RövşənKitabı okudu
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.